MÜSTƏSNA

sif. [ ər. ]
1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar.
// is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.
2. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, qeyri-adi. Müstəsna ustalıq.
– Əlikram müstəsna bir məharətlə lazım olanların hamısının damarlarına bələdləşmişdi. B.Bayramov.

// Fövqəladə, özü kimilərdən üstün; qeyri-adi, nadir. Müstəsna gözəllik. Müstəsna musiqi əsəri.
– Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli.

Синонимы

  • MÜSTƏSNA istisna

Этимология

  • MÜSTƏSNA Ərəbcə istisna sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜSTƏNTİQLİK
MÜSTƏSNALIQ
OBASTAN VİKİ
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.

Значение слова в других словарях