Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqtədir
Yaşayış məntəqələri Müqtədir (qəsəbə) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Müqtədir bələdiyyəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 31 oktyabr 932, Bağdad) — Abbasi xəlifəsi. == Həyatı == Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı == Həyatı == 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Müqtədir bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqtədir qəsəbəsi
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
Əl-Muqtədir
Əl-Muqtədir (ər. المقتدر) - Allahın adlarından biri.
2009 Medair Bell 206 qəzası
2009 Medair Bell 206 qəzası — 25 mart 2009-cu ildə Möhsün Yazıçıoğlunun da olduğu quyruq nömrəsi "TC-HEK" olan "Bell 206L-4 LongRanger" tipli helikopterin Qəhrəmanmaraşdakı Keş dağında qəzaya uğrayaraq 6 nəfərin ölümü ilə nəticələnən aviasiya hadisəsi. == Uçuş məlumatları == Böyük Birlik Partiyasının (BBP) lideri Möhsün Yazıçıoğlu 29 mart 2009-cu il yerli seçki kampaniyası üçün kirayəlik helikopterlə saat 13.00-da Qəhrəmanmaraş mitinqi üçün Çağlayancerit rayonuna gəlib. Çağlayanceritdə 1500 nəfərin qatıldığı mitinqdə BBP tərəfindən Medairdən icarəyə götürülmüş "TC-HEK" qeydiyyat nişanlı "Bell Long Ranger 206L-4" tipli helikopter saat 13.30-da Qəhrəmanmaraş Hava Limanında yanacaq doldurdu. Çağlayancerit mitinqi sona çatdıqdan sonra Pilot Qaya İstitəpənin istifadə etdiyi helikopter BBP-nin Yozqatın Yerköy səmtindəki mitinqinə getmək üçün saat 14:42-də havaya qalxıb. == İstintaq == 18 fevral 2010-cu il tarixində Cümhuriyyət Xalq Partiyası qrup sədr müavini, Ankara Millət vəkili Hakkı Suha Okay adından; Ədalət və İnkişaf Partiyası qrupu adından qrup sədrinin müavini Kocaeli Millət vəkili Nihat Ergün, Kayseri Millət vəkili Mustafa Elitaş, Giresun Millət vəkili Nurettin Canikli, Hatay Millət vəkili Sadullah Ergin və Yozqat Millət vəkili Bəkir Bozdağ; Milliyyətçi Hərəkat Partiyası qrupu adından qrupun sədr müavini Mersin Millət vəkili Mehmet Şandır və İzmir Millət vəkili Oktay Vuralın təklifi ilə 10 / 333.334.335–3/1090 sayı ilə TBMM araşdırma komissiyası yaradılıb və komissiyanı 4 aprel 2011-ci ildə ictimaiyyət ilə paylaşdı. Davam edən iddialar və prezident Abdullah Gülün jurnalistlərlə söhbətində "Helikopterin beynini keçilər çıxarmadı" deməsi üzərinə prezident Abdullah Gül, o zamankı Böyük Birlik Partiyasının sədri Yalçın Topçu və Muhsin Yazıcıoğlunun həyat yoldaşı Gülefer Yazıcıoğlunun təşəbbüsü ilə, prezident Abdullah Gülün göstərişi ilə "Dövlət Müşahidə Şurası" qəza və iddiaların araşdırılması üçün işə başlayıb. Qəza zamanı və sonrasında irəli sürülən iddialar hələ də Qəhrəmanmaraş Xüsusi Səlahiyyətli Prokurorluğu tərəfindən araşdırılır.