Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məğlubiyyət (şahmat)
Məğlubiyyət — Şahmat termini Şahmatçının vaxtı ötürməsi, təxirə salınmış gedişdə düzgün olmayan gedişi etməsi və ya özünü məğlub sayması. Bundan əlavə yarışların keçirilməsi qaydalarını pozduğu zaman da şahmatçıya məğlubiyyət elan edilir.
Mənsubiyyət (qrammatika)
Mənsubiyyət kateqoriyası — sahib şəxslə mənsub əşya arasındakı münasibəti bildirən ümumi qrammatik kateqoriya. == Formalaşma üsulları == Müasir Azərbayсan dilində mənsubiyyət kateqoriyası iki üsulla ifadə edilir: morfoloji üsul, sintaktik üsul. Morfoloji üsulda mənsubiyyət məfhumunun yaranması üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir. Sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də obyektlə-isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür. Məsələn: Dərdimin, qəmimin səndin ortağı (B.Vahabzadə). Sintaktik üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs və ya əşyadan ibarət olur. Məsələn: İndi kimə açım dərdimi bir-bir, Kim mənim dərdimə yanar sən qədər? (B.Vahabzadə).Rus dilində mənsubiyyət kateqoriyası yalnız sintaktik üsulla yaranır. Çünki bu dildə mənsub əşya mənsubluq anlayışını bildirən qrammatik göstərici qəbul etmir.