QALİBİYYƏT

is. [ ər. ] Döyüşdə, müharibədə, mübarizədə, yarışda üstünlük, müvəffəqiyyət; qalib gəlmə, qələbə (məğlubiyyət ziddi). Düşmən üzərində qalibiyyət. Yarışda qalibiyyət qazanmaq.
– Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişik. Ə.Məmmədxanlı.
Müjdə çətin yaranır, muştuluq ondan çətin; Nə yaxşı ki, məğziyəm, çətin qalibiyyətin! X.Rza.

Синонимы

  • QALİBİYYƏT qalibiyyət bax qələbə
  • QALİBİYYƏT üstünlük — müvəffəqiyyət — qələbə
QALİBƏN
QALİBİYYƏTLİ

Значение слова в других словарях