Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məczub Təbrizi
Məczub Təbrizi — şair. == Həyatı == Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Hacı Məhəmmədcəfər Məczub
Hacı Məhəmmədcəfər Məczub - Azərbaycan şairi. == Həyatı == Hacı Məhəmmədcəfər bəy 1756-cı ildə Həmədan əyalətinin Kəbudər Ahəng şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Məhəmmədcəfər bəy şair idi. Məczub təxəllüsü ilə klassik üslubda şeir yazırdı. O, 1823-cü ildə Təbriz şəhərində vəfat edib. == Yaradıcılığı == Təsəvvüf terminlərindən olan "Məczub" sözü ("Məczub – cəzb olunmuş. Sufi termini kimi o kəsə deyilir ki, Allah onu özü üçün seçmiş və müqəddəs su ilə pak etmişdir. Bu cür şəxs əzab və zəhmətsiz yüksək mərtəbə və məqamlara çatar" - Seyyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani.
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda — daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. == Məktubun tərtib olunma qaydası == Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Atama məktub
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Məhbub Hüseynzadə
Məhbub Şüküroğlu
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Məğz
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Məəgüb
Məəgüb - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında,Sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin adı bəzi mənbədə Muqub olaraq keçir. Kəndin adı 26.12.1968 tarixində dəyişdirilərək Balahovit qoyulmuşdur.
Atama məktub (hekayə)
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili (1963, İran) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır.
Dostuma Məktub (1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.
Mirzə İsmayıl Məhzun
Mirzə İsmayil Məşədi Qasım oğlu Hacılı-Cavanşir (1828, Şuşa – 1894, Şuşa) — şair, xəttat. == Həyatı == Mirzə İsmayıl Məhzun 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Atasının yanında sərraclığı öyrənmişdi. Bir müddət əttarlıq etmişdi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Məktəbdarlıqla məşğul olmuşdu. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Mirzə İsmayıl mahir xəttat idi. Mirzə İsmayıl Məhzun 1894-cü ildə vəfat edib.
Oğurlanmış məktub (hekayə)
Oğurlanmış məktub — amerikalı yazıçı Edqar Allan Po tərəfindən yazılmış qısa hekayədir. Xəyali Ogüst Düpeni əhatə edən üç detektiv hekayənin üçüncüsüdür. Digər ikisi "Rue Morquedəki Cinayətlər" və "Marie Roqetin sirri"dir. Bu hekayələr müasir detektiv hekayəsinin erkən öncüsü olaraq qəbul olunur.
Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). == Məzmun == Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Yəqub
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur İkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Nahel Merzuk
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi. Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış, 1,300-dən çox şəxs həbs edilmişdir.
Yəgub Bağı
Yəgub Bağı (fars. باغ يعقوب‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbrizə yaxın olmasına görə yaxın gələcəkdə bu şəhərin bir qismi olacağı gözlənilir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (142 ailə). Kənd əhalisi Azərbaycanlılardan İbarətdir və Kənddə Azərbaycan dili Danışılır.