[Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi.
Səhərlər üfüqlər məhcub qız yanaqları kimi qızarırdı.
□ Məhcub etmək – utandırmaq.
[Qızın] yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi.
Məhcub olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək.
Şeytan kimi həqdən bu gün məhcub olan biganədir.
O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an.