1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab.
[İbrahim:] Bilmək istəyirəm, bu sürahilərdə nə var?
[Qaragün] tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, sürahidəki tünd-al şərabdan piyalə-piyalə içir, yenə rahat ola bilmirdi.
// məc. Şairanə təşbehlərdə gözəlin boyuna, gərdəninə işarə, yaxud incəlik, zəriflik, ağlıq mənasında.
Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri.
Bilmədim qədrini günəş camalın; Sürahi gərdənin, çöhrəyi-alın.
Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi əllərinə toxunanda sanki Mənsurun ürəyinə ildırım toxundu.
2. Məhəccər.
Vaqif başını artırmanın sürahisindən aşağı sallayıb: – Ay camaat, xan bugünkü dustaqlarının təqsirini … bağışlayır.
Telli içəri keçir, Fəridə sürahiyə yaxınlaşır.