1. Bir şeyin tutulacaq yeri; dəstə, qulp, tutqac.
Pəri nənənin qılçaları titrədi, o, qapını tutacağından çəkdi.
Sirat əli qapının tutacağında olduğu halda … baxdı.
2. Əl tutmaq üçün körpünün və s.-nin yanlarına vurulan taxta və s. məhəccər. Balkonun tutacağı. Pilləkənin tutacağı.
– Buruğa yalnız bir tərəfdən tutacağı olan ensiz bir körpü uzanmışdı.
3. İsti şeyləri götürmək üçün kiçik döşəkçə; tutqac.
Gözəl tutacaqla çayniki götürüb, stəkanlara süzəndə Həbib otağın qapısını döydü.
// İsti tava və s. götürmək üçün alət; tutqac. Tutacaqla tavanı götürmək.
4. məc. Bəhanə, bəlgə, dəlil.
…[Kişi] bəhanəni əldə tutacaq edib, övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır.