Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlikəhmədli
Məlikəhmədli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunmuşdur. Məlikəhmədli kəndi Bərgüşad çayı sahilindədir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hal-hazırda kənd həmin nəslin adını daşıyır. 1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə də 30 türk yaşayırdı. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur. Mais Səfərli – Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı Yaşar İsa oğlu Ağayev (04.01.1947-10.01.1994) - şəhid.
Məlikməmməd
Məlikməmməd — Azərbaycan nağıl personajlarından biri. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurğ quşunun köməyilə işıqlı dünyaya çıxır.
Ğəliyəhməd (Xaybulla)
Qəliyəhməd (Xaybulla)
Ğəliyəhməd (başq. Ғәлиәхмәт) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ğəliyəhməd kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar):61 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 117 km. Işmorat Kayumoviç İlbakov (1963) — artist, Başqırd Dövlət Filarmoniyasının kuratoru, Başqırdıstan Respublikasının Xalq Artisti Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.