Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərahim Abdullayev
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. == Tarixi == Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Müzayim
Müzayim - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,632 nəfər azərbaycanlı yaşamaqda idi.
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). == Həyatı == Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Fərahim Novruzov
Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
Bənayim (Məlikan)
Bənayim (fars. بنايم‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (81 ailə).
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Qəhvə mərasimi
Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir. Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Kəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Məryəm (ad)
Məryəm — ad.
Məryəm (Çaroymaq)
Məryəm (fars. مريم‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Meratia
Meratia Cass. — Delilia bitki cinsinin sinonimi. Meratia A.DC. — Moritzia bitki cinsinin sinonimi. Meratia Loisel. — Chimonanthus bitki cinsinin sinonimi.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Morazım (Auırqazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Muradım (Avurğazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Serafim Protopopov
Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu. Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur. 1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. 1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir. 4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir.
Serafim Veçkanov
Serafim Veçkanov — (tam adı: Serafim Yemelyanoviç Veçkanov, rus. Серафим Емельянович Вечканов; 6 avqust 1914, Kakine Qaqinski kəndi, Nijnenovqorod vilayəli — 20 oktyabr 1965, Moskva) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü. Serafim Veçkanov 6 avqust 1914-cu ildə Nijnenovqorod vilayəti, Kakine Qaqinski kəndində, kəndli ailəsində anadan olmuşdur. Öz doğma kəndində kənd məktəbini bitirdikdən sonra 1928-ci ildə Velikoaratskaya kəndli gənclərin təhsil aldığı məktəbə daxil olur. Bu məktəbdə əsasən mordoviya əsilli uşaqlar təhsil alırdı. Daha sonra regional müəllimlər kursunu bitirərək Lukoyanov rayonu Novoe İvansev kənd məktəbində ibtidai müəllimi işləmişdir. 1932-ci ildə Mordoviya Dövlət Universitetinə daxil olur. Üç kurs oxuduqdan sonra «Erzyan Kommuna» qəzetinin bir ədəbi əməkdaşı olaraq işə başlamışdır. 1936-cı ildə Qırmızı Orduya aktiv hərbi xidmətə çağırıldı. Ordudan 1941-ci ilə buraxıldıqdan sonra Mordoviya kitab nəşriyyatının redaktoru vəzifəsində çalışır.
Meratia fragrans
Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü. Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır. 2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır.
Meratia praecox
Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü. Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır. 2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır.
Meratia yunnanensis
Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü. Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır. 2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır.