Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maşınqayırma
Maşınqayırma — ağır sənayenin bir sahəsi olub müxtəlif maşınlar, avadanlıqlar, cihazlar, həmçinin müdafiə əhəmiyyətli məhsullar və istehlak malları istehsal edən iqtisadiyyat sahəsi. == Ümumi xarakteristika == İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar. Maşınqayırma elmtutumlu sahədir və elmi-texniki tərəqqinin bələdçisidir. O eyni zamanda elmi-texniki nailiyyətlərin sınaqdan keçirilməsi poliqonudur. Yeni texniki, texnoloji, təşkilati, estetik, erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin daha savadlı hissəsi burada çalışır. Maşınqayırma klassik mühəndislik elmi olub, təkcə maşınların, mühərriklərin və ötürmələrin hazırlanması ilə məhdudlaşmır. Müasir maşınqayırma texnikanın başqa sahələri ilə kəsişən bir çox yeni sahələri də əhatə edir. Bu sahənin kökü fizikaya əsaslanan mexanika, termodinamika, materialşünaslıq və o cümlədən konstruksiyaetmə, simulyasiya, modelləşdirmə kimi müasir informasiya texnologiyası ilə də bağlıdır. Maşınqayırma özü-özlüyündə 100-dən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir.
Maşınqayırma leksikonu
Maşınqayırma texnologiyası
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş "Texnologiyaya giriş" əsərində ona tərif verilmişdir. O texnologiya ilə " işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən" yeni bir elmi istiqamətin başlanğıcını qoymuşdur. Maşınqayırma texnologiyası XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm bir mühəndislik elminə çevrilmişdir.Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki olaraq iştirak edir. Əsasən maşınlar, onların məqsədinə uyğun olaraq texniki məhsulların, avtomobillərin, elektrik cihazlarının, alətlərin istehsalında geniş tətbiq olunur. Ərzaq mallarının istehsalı, əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya edərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetişmiş məhsullar meydana çıxarır. ==== Mənbə ==== 1.
Azərbaycanda maşınqayırma sənayesi
Azərbaycanda maşınqayırma sənayesi == Tarixi == Maşınqayırma ağır sənaye kompleksi olub xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Maşınqayırmanın əsas sahələri - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının hazırlanmasıdır. 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi. Sonrakı illərdə neft, kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət göstərən maşınqayırma və metal emalı müəssisələri meydana gəlmişdir. 1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə 8066 nəfər fəhlə işləyirdi. İkinci dünya müharibəsi illərində, yəni 1939-45-ci illərdə keçmiş SSRİ-nin bir çox sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında əsasən döyüş sursatı, silah və hərbi texnika üçün ehtiyat hissələri istehsal edilirdi.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Gəncə Maşınqayırma Zavodu
"Gəncə" Maşınqayırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Gəncə Maşınqayırma zavodu Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 11 avqust 1977-ci il tarixli 44 nömrəli Qərarı ilə SSRİ radiosənayesi nazirinin 21 oktyabr 1977-ci il tarixli 442 nömrəli əmri əsasında 1984-cü ildən inşa olunmağa başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 160 nömrəli Fərmanına əsasən Gəncə Maşınqayırma zavodu “Azəriqaz” Dövlət şirkətinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən zavod Аzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
Suraxanı Maşınqayırma Zavodu
Suraxanı Maşınqayırma Zavodu – Azərbaycanda maşınqayırma zavodu. Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1923-cü ildə "Azneft" Birliyinin emalatxalarının bazasında yaradılmış və 1925-ci ildə burada ştanqlı quyu nasoslarının istehsalı təşkil edilmişdir.1930-cu ildə zavoda F. Dzerjinski adı verilmiş, 1991-ci ildən isə Suraxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir. Zavodun istehsal etdiyi məhsulların nomenkulaturasına ştanqlı quyu nasosları, silfonlu qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu tros alətləri, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğular, qaz-qum lövbərləri, boru ştaqlı nasos qurğuları və onların ehtiyat hissələri daxildir. Zavodun mövcud istehsal gücü, texniki və texnoloji imkanları, normativ sənəd bazası normal və mürəkkəb (abraziv, böyük miqdarda qaz və mexaniki qarışıqlar olan mühitdə) istismar şəraitləri olan AZS və API 11 AX standartlarına müvafiq bütün ölçü və icralı ştanqlı dərinlik nasosları və digər neft-mədən avadanlıqlarını layihələndirməyə, istehsal etməyə və zəmanətlə sifarişçilərə göndərməyə imkan verir. Zavodda həcmi azotlaşdırma, detalların xarici işlək səthinə bərklik vermək üçün qazotermik püskürmə yolu ilə metal tozu vasitəsilə örtülməsi kimi texnologiyalar tətbiq edilir, müasir sınaq laboratoriyası fəaliyyət göstərir. 2004-cü ildən zavodda İSO Beynəlxalq standartı fəaliyyət göstərir və ştanqlı quyu nasosları Amerika Neft İnstitutunun APİ Spec 11 AX Monoqrammı əsasında istehsal olunur.
Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi
Maşınqayırma və Kimya Sənayesi Anonim Cəmiyyəti (qısaca MKS), 15 mart 1950-ci ildə Türkiyə Silahlı Qüvvələrinin hər cür silah, sursat, raket bütün növ avtomobil və texnika ehtiyaclarını təmin etmək olan və Milli Müdafiə Nazirliyinə tabe olan müdafiə sənayesi sahəsində fəaliyyət göstərən dövlət müəssisəsi kimi yaradılmışdır. MKS 3 iyul 2021-ci il tarixdən Maşınqayırma və Kimya Sənayesi Səhmdar Cəmiyyəti haqqında 7330 saylı Qanunla səhmdar cəmiyyətə çevrilmişdir. Təşkilatın əsasları Fateh Sultan Məhəmməd tərəfindən yaradılmış artilleriya istehsalı zavoduna əsaslanır. Təşkilat dünyanın 40-dan çox ölkəsinə məhsullarını ixrac etməyi bacarmışdır. 2020-ci ildə təşkilatın mənfəəti ₺925.788.800-ə çatdı və beləliklə də bu onu ən gəlirli dövlət sənaye təşkilatları arasında ilk üçlüyə çıxarmışdır. Ən son 2020-ci ildə MKS Təşkilatı, Türkiyənin 100 ən böyük sənaye təşkilatından biri olaraq 90-cı yerdə olmuş və həmçinin Türkiyənin müdafiə sənayesi təşkilatları arasında 4-cü, dövlət sənaye təşkilatları arasında isə 7-ci sırada yer almışdır.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır.İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır. Altayda, Özbəkistan SSR-də, Qazaxıstan SSR-də və s.
Neft Maşınqayırmasının Flaqmanı (1992)
== Məzmun == Kinolentdə Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun işindən, onun istehsal etdiyi məhsullardan, burada çalışan əməkçilərin həyat və məişətindən, qayğılarından söhbət açılır. == Film haqqında == Film Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.
Neft maşınqayırmasının flaqmanı (film, 1992)
== Məzmun == Kinolentdə Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun işindən, onun istehsal etdiyi məhsullardan, burada çalışan əməkçilərin həyat və məişətindən, qayğılarından söhbət açılır. == Film haqqında == Film Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.