Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maniklu
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Syzygium makul
Syzygium makul (lat. Syzygium makul) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Manikür
Manikür (ing. Manicure) — əl dırnaqları və əllər üçün bir kosmetik gözəllik müalicədir ki, ev və ya dırnaq salonunda aparılır. Manikür müalicəsi yalnız təbii dırnaqlar üçün deyil, həm də əllər üçün müalicədir. == Qaynaqlar == Minu Molazadə. "Venus makiyaj və bəzəmə təlimi". (fars.) == Xarici keçidlər == Manikür necə tətbiq olunur?
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Məşkül
Məşkül (fars. مشكول‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Matıkil adası
Matıkil — Yam adaları qrupuna daxil olan ön böyük ada. Sahəsi 8,7 km², hündürlüyü 697 m təşkil edir. Adada dəniz şirlərinin (Eumetopias jubatus) yatağı vardır. Üstəlik üzərində bir çox dəniz quşları yuva qurur. Flora baxımından örtüyü zəngin deyildir.
Taşlıkul (Auırqazı)
Daşlıgöl (başq. Ташлыкүл, rus. Ташлыкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Kəbəç kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Kəbəç): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Yeni Sasıkkul (Bakalı)
Yeni Sasıkkul (başq. Яңы һаҫыккүл, rus. Новосасыкуль) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kuştirək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 43 km, kənd sovetliyindən (Kuştirək): 3 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 88 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59%) üstünlük təşkil edir.
Ana Mariya Masiel
Ana Mariya Masiel (d. 18 noyabr 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Ana Mariya Masiel 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana Mariya Masiel 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. == Həyatı == Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.