Maniklu

Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır.[2]

Məlikli
40°06′17″ şm. e. 46°45′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Məlikli xəritədə
Məlikli
Məlikli

Tarixi[redaktə | mənbəni redaktə et]

1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780-1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.[3]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  3. Məlikli (Ağdam) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]