Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Main Page
Offenbax am Main
Offenbax am Main — Almaniyada şəhər.
Kreditanştalt für Videraufbau, Frankfurt am Main
KfW (tam adı: Kreditanştalt für Videraufbau, Frankfurt am Main alm. Kreditanstalt für Wiederaufbau‎) — Almaniyanın dövlət bankı 1948-ci ildə yaranmışdır.
Callicarpa maingayi
Callicarpa maingayi (lat. Callicarpa maingayi) — dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Euphorbia mainiana
Euphorbia isaloensis (lat. Euphorbia isaloensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia mainty
Euphorbia mainty (lat. Euphorbia mainty) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Garcinia maingayi
Garcinia maingayi (lat. Garcinia maingayi) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
IEG Mainz
IEG Mainz (Institut für Europäische Geschichte) — Almaniyanın Maynts şəhərində yerləşən tədqiqat mərkəzidir. Tədqiqat səmtləri 15–20-ci əsrlərdə Avropa xalqlarının tarixi, mədəniyyətinin inkişafı, əsas siyasi və dini cərəyanların tarixidir. İnstituta müdirlik edən Prof. Dr. Dingellə Prof. Dr. Haynts Duxxardtdır.
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Majin
Majin — İranın İlam ostanının Dərəşəhr şəhristanının Majin bəxşində şəhər və onun mərkəzi.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Mayn
Mayn '(alm. Main‎, lat. Moenus) — Almaniya da çay, Reynin sağ qolu.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
MAN
MAN — Alman avtomobil markası. == Tarixi == MAN avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstiyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Amin Babayev
Amin Babayev (azərb. Amin Hacıbaba oğlu Babayev‎, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur. == Həyatı == Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur. A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.
Amin Gülməmmədov
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Maluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Novruzov
Amin Novruzov (kinooperator) — Azərbaycan kinooperatoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Amin Novruzov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Amin Quiri
Amin Quiri (16 fevral 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Quiri 2013-cü ildə Olimpin Lion akademiyasına qəbul olmuşdur. O, 3 iyul 2017-ci ildə Lyon klubu ilə 3 illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi.Beynəlxalq səviyyədə perspektivi ilə tanınan Quiri 10 sentyabr 2016-cı ildə 16 yaşı olarkən Bordo klubu ilə keçirilən Liqa 1 görüşü üçün əsas heyətə cəlb edilmişdir. O, Lyon B klubu ilə debütünü 17 yaşında etmişdir. == Milli karyerası == Quiri Fransanın gənclər millilərində çıxış etmişdir. O, milli ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və yeddi qolla turnirin bombardiri seçilmişdir. Turnirdə uğur qazandıqdan sonra Quiri bir sıra Avropa klublarının diqqətini cəlb etmiş və The Guardian nəşri tərəfindən dünyanın ən istedadlı gənc futbolçularından biri elan edilmişdir.2017-ci ildə Quiri Fransanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Quiri İspaniya, Farer adaları, Şotlandiya və iki dəfə Macarıstan milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Farer adaları millisinə qarşı oyunda üç qolla, İspaniya və Macarıstan milliləri ilə oyunda isə iki qolla yadda qalmışdır.
Amin Qəfərli
Amin Rasim oğlu Qəfərli (2004, Bakı – 15 sentyabr 2022, Laçın rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində doğulub. == Hərbi Xidməti == Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Rasim oğlu Qəfərlinin nəşi sentyabrın 15-də Bakıya gətirilib. Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.
Amin Ramazanov
Amin Raisoviç Ramazanov (2003, Moskva) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın qapıçısı. == Karyera == Amin Ramazanov "Qarabağ"ın heyətində 28 fevral 2022-ci ildə debüt etmişdir. Azərbaycan Premyer Liqasında "Keşlə" ilə olan qarşılaşma 0:0 hesabı ilə bitmişdir.
Amin Rzayev
Amin Qurban oğlu Rzayev (1 yanvar 2000, Çobankənd, Gədəbəy rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Rzayev 2000-ci il yanvarın 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Amin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Rzayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Amin Seydiyev
Amin Seydiyev (15 noyabr 1998, Azərbaycan) Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın futbolçusu. == Karyerası == === Qəbələ === "Qəbələ"də ilk matçına 29 noyabr 2017-ci il tarixində keçirilən "Qəbələ"-"Mil Muğan" matçının 59-cu dəqiqəsində çıxıb. Matç "Qəbələ"nin 8–0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində ilk qolunu isə 7 mart 2020-ci ildə keçirilən "Qəbələ"-"Sumqayıt" matçının 37-ci dəqiqəsində fərqlənib. Matç "Qəbələ"nin 5–0 hesablı qələbəsi ilə başa çatıb.1 iyul 2020-ci ildə "Qəbələ" ayrıldı. === Sabah === 1 iyul 2020-ci ildə "Sabah" müqavilə imzaladı. "Sabah" heyətində ilk matçına 22 avqust 2020-ci ildə keçirilən "Qarabağ"-"Sabah" matçında keçirib. Matç "Qarabağ"ın 2–0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"da ilk dəfə 23 noyabr 2020-ci ildə Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunu "Sabah"-"Səbail" matçının 33-cü dəqiqəsində fərqlənib. Matç "Sabah"ın 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Amin Yunes
Amin Yunes (d: 6 avqust 1993) — İtaliya A Seriyası təmsilçilərindən olan Napoli klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Münhenqladbax === Yunes Düsseldorfda anadan olmuşdur. Yunesin atası Livan, anası isə Almaniya vətəndaşıdır. Yunes futbolçu karyerasına Unterrat klubunda start vermişdir. 2000-ci ildə Yunes Bundesliqa klublarından olan Borussiya Münhenqladbax klubunun akademiyasına qəbul olmuşdur. 2011-ci ildə o, klubun reserv komandası olan Borussiya Münhenqladbax II klubu ilə Regionalliqa Vest liqasında debüt etmişdir. Yunes əsas komanda ilə debütünü 1 aprel 2012-ci ildə Bundesliqanın 2011-12 mövsümünün sonunda Hannover 96 klubuna qarşı oyunda etmişdir. === Kayserlautern === 2014-cü ilin avqust ayında Yunes 2. Bundesliqa təmsilçilərindən olan Kayserlautern klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Ayaks === 16 iyul 2015-ci ildə Yunes Niderland təmsilçilərindən olan Ayaks klubu ilə 30 iyun 2018-ci il tarixinə qədər üç illik müqavilə imzalamışdır.
Amin turşusu
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir. == Quruluş == Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.
Amin İsmayılov
Amin İsmayılov (İsmayılov Amin İsmayıl oğlu; d. 14 mart 1951, Kürdəmir rayonu) — Aqrar elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30 iyun 2014). == Həyatı == Amin İsmayılov 14 mart 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi əsərləri == 1. Torpaqların diaqnostik modelləri .Bakı,2000,-274s. 2.Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası (həmmüəliflərlə). Bakı,2002,-252s. 3. Azərbaycan torpaqlarının informasiya sistemi.
Amin Əmiraslanov
Amin Vaqif oğlu Əmiraslanov (1 iyul 1991, Potubəyli, Saatlı rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Əmiraslanov 1991-ci il iyulun 1-də Saatlı rayonunun Potubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Əmiraslanov noyabrın 4-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Amfibiya maşın
Amfibiya daşıma, quruda təkərli və ya tırtıllı avtomobil, suda gəmi olaraq hərəkət etməyi bacaran nəqliyyat vasitəsidir. İkinci dünya müharibəsi dövründə əsas olaraq iki növü meydana çıxmışdır. ABŞ dəniz piyadaları korpusu üçün yaradılmış və daha çox tanka oxşayan LVT ilə quru qoşunlarının yardımı ilə yaradılmış həm rezin təkərli bir quru maşını, həm də pərli gəmi kimi işləyə bilən DUKW hesab olunur. Amfibiya maşınlarına oxşamasına rəğmən Hoverkraft kimi hava yastıqlı nəqliyyat vasitələri amfibiya sinifinə girmir.