mairie
maïs
OBASTAN VİKİ
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Mais Abbasov
Mais Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mais Bərxudarov
Mais Şükür oğlu Bərxudarov (bəzi yerlərdə Mayis Bərxudarov; 20 aprel 1976, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin General-leytenantı, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından. == Həyatı == Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 1993-cü ildə Mais Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir. == Hərbi xidməti == Baş leytenant Mais Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Polkovnik Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. === Vətən müharibəsi === Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı. və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Lələtəpə döyüşü == 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır.
Mais Cavadov
Mais Həbib oğlu Cavadov (22 mart 1929, Basqal, Şamaxı qəzası – 1992, Bakı) - fizika-riyaziyyat elmləri doktoru (1966), Əməkdar elm xadimi (1982), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Mais Cavadov 22 mart 1929-cu ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olub. Ali təhsilini 1952-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində alıb. == Əmək fəaliyyəti == Mais Həbib oğlu Cavadov əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlayıb. O, 1952-1969-cu illərdə AEA Fizika və Riyaziyyat İnstitutunda əyani aspirant, böyük elmi işçi, şöbə müdiri vəzifələrini icra edib. 1969-cu ildən pedaqoji fəaliyyətə başlayan Mais Cavadov 1969-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsində çalışıb. == Elmi fəaliyyəti == Mais Cavadov 1958-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə "Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə fəl­səfə doktoru, 1966-cı ildə fizika-riya­ziyyat üzrə elm­lər doktoru elmi dərəcələrini alıb. 1989-cu ildə AEA-nın müxbir üzvü seçil­ib. Mais Cavadov ilk dəfə adi diferensial operatorların məxsusi və qoşulmuş funk­siyalarının bir hissəsinin tamlıq məsələsini həll edib. Alim 40-dan artıq elmi əsərin müəllifidir.
Mais Məmmədov
Mais Məmmədov (12 iyul 1938, Bakı – 16 iyul 2022) — televiziyaçı, jurnalist. Azərbaycanın Əməkdar jurnalisti. == Həyatı == Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. SSRİ Mərkəzi televiziyasının Azərbaycan üzrə müxbiri kimi çalışıb. 2007-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşavir oldu. Eyni zamanda ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri vəzifəsində idi. 1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrində işləyib. 2016-cı ilədək ANS şirkətlər qrupunun prezidentinin müşaviri kimi çalışdı. Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilmişdir. 16 iyul 2022-ci ildə vəfat etmişdir.
Mais Nuriyev
Mais Nuriyev — xoreoqraf, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasinin və Milan Konservatoriyasının professoru. == Həyatı == 1982-ci ildə Bakı Xoreografiya Məktəbində təhsil almışdır. 1974 −86 Azərbaycan Dovlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərmişdir. 1975–1977 hərbi xidmət olmuşdur. 1974–1982 Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor təhsili alıb. 1984–1989-cu Azerbaycan Respublikasi Mədəniyyət Nazirliyinin təyinatı ilə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Universitetində(QITIS) baletmeysterlik təhsili alıb. 1986 – 89-cu illərdə Mədəniyyət Nazirliyinin təyinati ilə Naxçivan "Araz" Dovlət mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət "Göy Göl " mahni və rəqs ansamblında baletmeyster olmuşdur. 1989 – 92-ci illərdə Bakı Xoreqrafiya məktəbi dünya xalq rəqsləri, xarakterik rəqs müəllimi kimi fəaliyyət göstərmişdir. 1989–96-cı illərdə Teatr Xadimləri İttifaqi "Bulaq" Rəqs Teatrının, 1992 – 93-cü illərdə isə Azərbaycan Müdafiə Naziyliyi, Hərbi Dəniz Qüvvələri mahnı və rəqs ansamblında bədii rəhbər olmuşdur. 2000-ci ildən bu günədək Milan "Orizondanza" rəqs akademiyası / dünya xalq rəqsləri, xarakterik və klassik rəqs dosenti, 2000–2003-cü illərdə Milan Bələdiyyəsi mədəniyyət şöbəsi / dünya xalq rəqsləri müəllimi, 2007-ci ildən isə İtaliyanın bir sıra rəqs akademiyalarında Origami, LEcole Ballet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo — Monza (Milan) , Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən " Aida " Peşəkar Rəqssasların İxtisaslaşma Mərkəzi akademiyasında dünya xalq rəqsləri üzrə dosent kimi fəaliyyət göstərmişdir.
Mais Qasımov
Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor. == Bioqrafiya == Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir. == Elmi fəaliyyəti == 1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
Mais Salmanov
Salmanov Mais Qurban oğlu (12 fevral 1933, Şamxor – 25 iyul 2008, Bakı) — xanəndə, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü. == Həyatı == 12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır. 2008-ci ildə Bakıda vəfat etmişdir.
Mais Süleymanov
Mais Kazım oğlu Süleymanov - Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 1953-cü il may ayının ikisində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində almışdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Uzun müddət Pakistanın paytaxtı olan İslamabad şəhərində COMSATS İnformasiya Texnologiyaları İnstitutunun Fiziki fakültəsində fəaliyyət göstərmişdir. == Fəaliyyəti == 1975-ci ildən Moskva vilayətinin Duna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə BNTİ-də fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-2003-cü illərdə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, 2003-2006-cı illərdə isə yenidən BNTİ-də mütəxəssis alim kimi çalışmışdır. O, beynəlxalq nüfüzlu jurnallarda dərc olunmuş 250-dən çox elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5-dən çox mütəxəssis fəlsəfə doktoru alimik dərəcəsinə layiq görülmüşdür.
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı == Həyatı == 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır. Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. == İctimai-siyasi fəaliyyəti == Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.
Mais Səfərov
Mais Səmədov
Mais İbadov
Mais İbadov (tam adı: Mais İbadov; 2 avqust 1978, Separadi, Lənkəran rayonu) — Azərbaycan və Özbəkistan güləşçisi, 3 qat dünya çempionu. == Həyatı == Mais İbadov 1974-cü ilin avqust ayının 2-də Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil almışdır. [1994-cü ildən Özbəkistanda yaşayır. == Fəaliyyəti == Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. Məşqçi Mamur Ruziyevin tələbəsi olmuşdur. Mamur Ruziyev SSRİ idman ustası olmuşdur. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. Peşəkar səviyyəli yarışlarda Özbəkistanın şərəfini qoruyub.
Mais Şahgəldiyev
Mais Əlihəsən oğlu Şahgəldiyev (19 may 1935, Nuxa – 4 mart 1993, Bakı) — kimyaçı alim, professor, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq elmi katib və laboratoriya müdiri. == Həyatı == Mais ƏliHəsən oglu Şahgəldiyev 1935-ci il mayın 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli tarixçi və jurnalist, prof. Əli-Həsən Əbdül-Həsən oğlu Şahgəldiyev (1908 – 1961), Böyük Vətən Müharibə illərində Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş. Sülh dövründə Bakı Dövlət Universitetində jurnalistika kafedrasının təsisçisi və daimi rəhbəri olmuş, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialı) direktoru idi. Ana, Savilova Valentina Alekseyevna(1915 – 1988), jurnalsit. 1953-cü ildə 6 saylı məktəbi bitirmişdir. Həmin ildə Moskva şəhərində Kimyəvi Gorunma Hərbi Akakdemiyasına gəbul olunmuşdur. 1956-cı ildə akademiyada yenidən təşkil olunma ilə əlagədər hərbi gulluğa göndərilmiş və həmin ildə hərbdən tərxas olunmuşdur.
Mais Əmrahov
Mais İsrail oğlu Əmrahov — Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == Həyatı və təhsili == 1948-ci il mayın 2-də Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-cü ildə namizədlik («Böyük Vətən müharibəsi illərində Azərbaycanda xalq maarifi. 1941— 1945-ci illər»), 2006-cı ildə doktorluq («Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində») dissertasiyası müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1970—1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi 1973—1979-cu illərdə Göybulaq kənd məktəbində direktor 1979—1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri 1989—1991-ci illərdə Şəkidəki 43 saylı texniki peşə məktəbində direktor 1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim 1992—1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor 1994—1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri 1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist 2001—2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri 2007—2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini 2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası» kafedrasında professor 2019-cu ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri == İctimai əsaslarla apardığı vəzifələr == Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 4 dissertasiyanın rəsmi opponenti 2010—2012-ci illərdə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvü 2012—2017-ci illərdə AAK-nın «Tarix və siyasi elmlər» Ekspert Şurasının üzvü 2107-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində 5502.01-«Ümumi tarix», 5503.02-«Vətən tarixi», 5507.01- «Beynəlxalq münasibətlər tarixi» və 55-9.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsuları» ixctisasların üzrə elmlə doktoru və tarix üzrə fəlsəfə dokoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.161 Dissertasiya Şurasının üzvü 2020 AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki ED1.30 Dissertasiya Şurasının üzvü Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsinin redaksiya heyətinin üzvü == Mükafatlar == 1979-cü ildə «Qabaqcıl maarif xadimi» döş nişanı [mənbə göstərin] 2012-ci ildə «Qabaqcıl təhsil işçisi» döş nişanlı == Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı == 1.2004-cü il.Ненасилия как образ жизни. ХХВ Международной научно-практической конференций по проблемам педагогики ненасилия. Санкт - Петербург 15 апреля 2004 г. 2.2010-cü il.Современные проблемы гуманитарных и естественных наук. Четвертой международной научно-практической конференции. Москва, 18-20 октября 2010 г. 3.2011-cü iil.Наука и современность.
Mais Əsədov
Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988–1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir. === Ölümü === 1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular.
Səfərov Mais
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Maisa Qarsiya Qodoy
Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Maisyan
Maisyan, Jdanov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. == Həyatı == Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı) == Həyatı == Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir. == Fəaliyyəti == 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Lupinus angustifolius subvar. maissurianii
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Lupinus maissurianii
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.

Значение слова в других словарях