Main Page

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Altıgünlük müharibə — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları, Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriyaİordaniya arasında baş vermiş hərbi münaqişə.

Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən qapatdığı Tiran boğazını yenidən öz gəmilərinin keçişinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərəFransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.

Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək münkün olmadı. Müharibənin başlanmasına bir neçə ay qalmış münasibətlər xeyli gərginləşmişdi. Misirin Tiran boğazını qapamaqla bağlı təhdidlərinə İsrail tərəfi 1956-cı ildəki mövqeyinin dəyişmədiyini bildirməklə cavab verdi, yəni Tiran boğazının qapadılmasını İsrail özünə qarşı müharibə elanı kimi qəbul edəcəkdir (a casus belli).

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Mollalar ƏşrəfAzərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi.

Azərbaycan mətbuatındaSibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir. Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent, 5 ədəd müəlliflik şəhadətnaməsinin müəllifidir. Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.

Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub. 2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib. Abbasov Əşrəf Məmməd (Məhəmməd) oğlu 1936-cı il noyabr ayının 29-da Kürdəmir rayonunun Karrar kəndində anadan olub.

"Əmək veteranı" medalı laureatıdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Türkiyənin qadın nazirlərinin siyahısı26 mart 1971-ci ildə qurulan Türkiyənin 33-cü hökumətinə baş nazir Nihad Erim, ilk dəfə bir qadın naziri Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə, 28 fərqli qadın yer alıb.

Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib.

Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla, qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli