Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makaroni
Makaroni (it. Maccheroni) - boruşəkilli makaron məmulatı. Əsasən İtaliya mətbəxinə xas yeməkdir. == Makaron məmulatları == Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var. == Tarixi == Makaron dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo (1254-1324) tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illər arasında hökmdarlıq etmiş Sun xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir.
Makaroni (dəb)
Makaroni (İngilis. macaroni, daha qədimdən maccaroni), XVIII əsrin 70-ci illərində İngiltərədə dəbli geyinməyi sevən, dəb dalınca qaçan və öz ədəbazlığı ilə diqqəti cəlb etməyə çalışan gənclərə verilən addır (ləqəbdir). == Xronologiya == Sözün əsli italyancadır. Müxtəlif dillərdən alınan sözlərin qarışıq şəkildə işlədilməsi yolu ilə yaradılan satirik və gülməli şeirlərə makaronik poeziya deyirdilər. XV əsrdə İtaliyada latın sözləri və qafiyələri ilə italyan sözləri və qafiyələrini qarışıq işlədilən poetik əsərlərə bu adı verirdilər. XVIII əsrin ingilis gəncləri moda dalınca qaçanda bəzək-düzəkdə bir çox elementləri qarışdırdıqlarına görə onlara "makaroni" ləqəbi verilmişdi. Bu gənclər Londonda özləri üçün xüsusi "Makaronilər klubu" düzəltmişdilər. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 9. Bakı Qanun Nəşriyyatı, 2015.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016-cı illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Svetlana Makaroviç
Svetlana Makaroviç (sloven. Svetlana Makarovič; 1 yanvar 1939, Maribor) — Yuqoslav və sloven şair, yazıçı, publisist, aktrisa, öz mahnılarının ifaçısı. "Sloveniya Şeirinin birinci xanımı" olaraq tanınır. O, asi və müstəqil qadınların hekayələrini izah edərək Sloveniya folklorundan borc alması ilə də tanınır. Svetlana Makaroviçin anası qatı katoliklər ailəsindən idi. Buna görə döyüşçü ateistlə evləndikdən sonra valideynləri onu bütün miraslarından məhrum etmişdir. Müharibədən sonrakı çətin şəraitdə oxuyarkən Svetlana rus dili və fortepiano dərsləri istisna olmaqla bir çox məktəb fənində müvəffəq ola bilmir. Yeniyetmə ikən incəsənət məktəbinə daxil olur, lakin qısa müddətdə akademik uğursuzluğa görə oradan qovulur. Daha sonra Lyublyanada tərbiyəçi kimi təhsil alır və zehni qüsurlu uşaqlar üçün internat məktəbinə göndərilir. Ancaq oradan qaçaraq belə qərara gəlir ki, onun heç öz həyatı olmayacaq.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.