Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi. 1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi.
Malatya ili
Malatya ili — Türkiyədə il. Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Malatya qətliamı
Malatya qətliamı — 17–20 aprel 1978-ci il tarixlərində Türkiyənin Malatya şəhərində baş vermiş ələvilərə qarşı kütləvi zorakılıq hadisəsi. Qətliama o vaxtkı bələdiyyə sədri Həmid Fəndoğlunun öldürülməsi səbəb olmuşdur. Bundan sonra sünni islamçı qruplar şəhərin ələvi və solçu bölgələrinə girərək zorakılıq törətmişdilər. Qətliam nəticəsində 8 nəfər həlak olmuş, bir neçə yüz nəfər yaralanmış, minə yaxın bina dağıdılmışdır. Zorakılığın başlanmasından sonra minlərlə ələvi şəhəri tərk etmək məcburiyyətində qalmışdır. 1973-cü ildə Türkiyədə keçirilən parlament seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) və Milli Qurtuluş Partiyası (MSP) Malatyanın ən böyük partiyaları olmuşdu. İslamçı partiya olan MSP sünni və sağçı qrupların dəstəyini almışdı, CHP ümumiyyətlə ələvi və solçu qruplar tərəfindən dəstəklənirdi. Bu çərçivədə şəhərdə sağ və solun ayrılması prosesi artmağa başlamışdır. Sol təşkilatlar qurulmağa və geniş yayılmağa başlamış, Kommunizm ilə Mübarizə Dərnəkləri, Boz Qurdlar və Basqınçılar Assosiasiyası kimi sağçı təşkilatlar böyümüşdür. Bu qütbləşmə 1977-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə də müşahidə olunmuş, burada MSP və Milliyyətçi Hərəkat Partiyasının əvvəlki illərdəki seçkilərdən xeyli çox səs almışdır.
Malatya Ulu Məscidi
Malatya Ulu Məscidi — (Battalqazi Ulu Məscidi kimi də tanınır) Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda şəhər divarları arasında yerləşən tarixi məsciddir. Təxminən 1224-cü ildə Anadolu Səlcuqlu Sultanı I Əlaəddin Keykubad dövründə tikildiyi güman edilir. İrandakı Böyük Səlcuq İmperiyası Anadoluda məscid memarlıq ənənəsini təmsil edən bir nümunədir. Onun memarı Yakub Bin Ebubekirdir. Müxtəlif illərdə apardığı təmir nəticəsində onun ilkin memarlığında müəyyən dəyişikliklər baş vermişdir. 1273-1274-cü illərdə aparılan təmirlə binanın şimalına bir hissə əlavə edilmişdir. Sonuncu dəfə 1980-ci illərdə təmir olunub. Onun 2023-cü il fevralın 6-da baş verən zəlzələdə çökdüyü bildirilir.
Mahatma Qandi Dəniz Milli Parkı
Mahatma Qandi Dəniz Milli Parkı (hind. महात्मा गांधी समुद्री राष्ट्रीय उद्यान) — Hindistana məxsus Andaman adalarında yerləşən milli park. Milli park Andaman və Nikobar adalarının paytaxtı Port-Blerdən 29 km uzaqlıqda yerləşir, sahəsi 281,5 km2 təşkil edir. 15 adadan və açıq dəniz kriklərindən ibarətdir. Milli parkın Colli Buoy və Red Skin adaları ekoturizm potensialına sahibdir. Bəzi mövsümlərdə milli parkdakı sualtı həyatı və mərcan riflərini görmək üçün şüşəli qayıq, dayvinq və snorkelinq xidmətləri təklif olunur. Mahatma Qandi Dəniz Milli Parkı 24 may 1983-cü ildə Vəhşi həyatın qorunması haqqında qanuna (1972) əsasən sulatı həyatı — mərcan riflərini və geniş yayılmış dəniz tısbağalarını qorumaq üçün yaradılmışdır. Adalar məskunlaşılmamış olsalar da, qonşu 8 kənddə 3000 nəfər yaşayır. Milli parkdakı mərcan riflərinin çoxu sahilyanı mərcan rifləridir. Vegetasiyanın tipi və ölçüsü adadan adaya dəyişir.