Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mantissa
Mantissa (ing.mantissa, ru.мантисса)- loqarifmli hesablamalarda: 10 əsaslı loqarifmin müsbət onluq hissəsi. Məsələn, 16-nın onluq loqarifmi 1.2041-dir; xarakteristikada (tam hissə) – 1, mantissa (kəsr hissə) isə 0.2041-dir. Sürüşkən nöqtəli yazılışda mantissa ədədin qiymətli rəqəmlərini ifadə edən hissəsidir. Məsələn, 640000 ədədinin sürüşkən nöqtəli şəkli 6.4E+05, burada mantissa – 6.4, tərtib (E+05) isə 640000 ədədini almaq üçün 6.4-ün yüksəldiləcəyi 10-nun qüvvətini göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mantissa (Con Faulz)
Mantissa — Con Faulzın 1982-ci ildə nəşr olunan kitabı == Məzmun == Müəllif və onun ilham pərisi arasında mürəkkəb, lakin eyni zamanda zorakılıq və şəfqətlə dolu olan qədim münasibətini təsvir edir. Pərinin rəssamla münasibəti gərgin həssaslıqla dolu olsa da, mövcud həyatda daha mürəkkəb bir emosional dalğaya çevrilir. Con Faulz Mantisada toxuduğu nazik, lakin güclü torda ədəbiyyatı, sevgini və erotizmi müxtəlif müstəvilərdə bir araya gətirsə də, həm əyləndirməkdən, həm də oxucunu düşündürməkdən əl çəkmir.
Adi mantispa
Adi mantispa (lat. Mantispa styriaca Poda.) — Baş hissəsi hipoqnatik tipdədir. == Quruluşu == Baş hissəsi hipoqnatik tipdədir. Pəncələri 5 buğumludur. Qanadlar çılpaq, torşəkillidir və iki cütdür. Əksər halda ön qanadlar dal qanadlara nisbətən enli olur. Mantispilər fəsiləsinin nümayəndələri özünəməxsus quruluşlu olub, ön döş uzundur və dəvədəlləyilərdə olduğu kimi tutucu ayağa malikdir. Xarakterik nümayəndəsi adi mantispadır (Mantispa styriaca Poda). == İnkişafı == Bu növün inkişafı hipermetamarfozla başa çatır. Yumurtadan çıxan hərəkətli kompodaşəkilli sürfə hörümçəklərin yumurtası olan baramaya keçir.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Anri Matiss
Anri Emil Benua Matiss (fr. Henri Émile Benoît Matisse; 31 dekabr 1869[…], Le-Cato-Kambrezi[d], İkinci Fransa İmperiyası[…] – 3 noyabr 1954[…], Nitsa, Fransa) — fransız rəssam, heykəltaraş, Fovizm hərəkatının lideri. "Şlyapalı qadın" (1905), "Rəqs" (1909), "Qollarını qaldıran nökər" (1923) onun məşhur əsərlərindəndir. Anri Matiss XX əsrin ən vacib fransız sənətkarı hesab edilir. Rəngləri böyük bir ustalıqla işlətdiyinə görə Pikasso və Kandinskiylə birlikdə, modern sənətinin ən böyük sənətçilərindən biri kimi qəbul edilir. == Həyat və yaradıçılığı == === Uşaqlıq və gənclik illəri === Matiss 1869-cu ilin dekabr ayının 31-də Şimali Fransada dünyaya göz açmışdır. 1870–71-ci il müharibəsi, onun ailəsini Boheyn en Vermandoya qaytardı. Matissin atası həvəskar rəssam, anası isə taxıl ticarətçisi idi. Orta təbəqənin oğlu olan Matiss, uşaq ikən rəsmə maraq göstərməyinə baxmayaraq ilk təhsilini atasının istəyi ilə 1887–1888-ci illərdə Parisdə hüquq fakultəsində almışdır. Uğurla keçən təhsil illərindən sonra Sent Kventində bir vəkilin yanında köməkçi işləməyə başlamışdır.
Henri Matiss
Anri Emil Benua Matiss (fr. Henri Émile Benoît Matisse; 31 dekabr 1869[…], Le-Cato-Kambrezi[d], İkinci Fransa İmperiyası[…] – 3 noyabr 1954[…], Nitsa, Fransa) — fransız rəssam, heykəltaraş, Fovizm hərəkatının lideri. "Şlyapalı qadın" (1905), "Rəqs" (1909), "Qollarını qaldıran nökər" (1923) onun məşhur əsərlərindəndir. Anri Matiss XX əsrin ən vacib fransız sənətkarı hesab edilir. Rəngləri böyük bir ustalıqla işlətdiyinə görə Pikasso və Kandinskiylə birlikdə, modern sənətinin ən böyük sənətçilərindən biri kimi qəbul edilir. == Həyat və yaradıçılığı == === Uşaqlıq və gənclik illəri === Matiss 1869-cu ilin dekabr ayının 31-də Şimali Fransada dünyaya göz açmışdır. 1870–71-ci il müharibəsi, onun ailəsini Boheyn en Vermandoya qaytardı. Matissin atası həvəskar rəssam, anası isə taxıl ticarətçisi idi. Orta təbəqənin oğlu olan Matiss, uşaq ikən rəsmə maraq göstərməyinə baxmayaraq ilk təhsilini atasının istəyi ilə 1887–1888-ci illərdə Parisdə hüquq fakultəsində almışdır. Uğurla keçən təhsil illərindən sonra Sent Kventində bir vəkilin yanında köməkçi işləməyə başlamışdır.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Manisa Tarzanı
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Manisa ili
Manisa ili — Manisa, Türkiyənin bir ili və ən sıxlıq on dördüncü şəhəri. 2014 etibarilə 1.363.995 əhaliyə malikdir. Ege Bölgəsində iştirak edən ildə 17 ilçe tapılar. Əhali baxımından İzmirdən sonra bölgədəki 2. böyük ilidir. "Şehzadeler Şəhəri" olaraq da bilinir. Şəfalı Mesir pastası və Sultaniyə Üzümü ilə tanınır. Antik dövrdə "Magnesia", Roma İmperatorluğu dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq adlandırılmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Rəqs (Matiss)
"Rəqs" (fr. La Danse) —1910-cu ildə fransız rəssam Anri Matiss tərəfindən çəkilmiş rəsm əsəri. Rəsm əsərinin iki versiyası mövçuddur: birinçi Nyu-York Müasir incəsənət muzeyində, rəsmin ikinçi daha çox tanınan versiyası Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır. Moskvalı kolleksiyaçı Sergey Şukin 1906-cı ildə rəssamın parisdəki emalatxanasını ziyarət etmiş və ona mülkünün giriş pilləkəni üçün üç dekorativ panno sifariş etmişdir. Bu seriyadan olan iki rəsm əsəri "Rəqs" və "Musiqi" indi Ermitajda saxlanılır, üçünçü "Çimmək və ya Meditasiya" pannosu isə tamamlanmamış, yalnız rəssamın eskizləri qalmışdır. Rusiyaya yola düşməzdən əvvəl rəsm 1910-cu ilin Payız salonunda Qran-Palda sərgilənmiş və qalmaqala səbəb olmuşdur. Sifarişçini arxasıyca dəli, dekadent zir-zibili yığıçısı adlandırmışdılar. İnqilabdan sonra Şukinin kolleksiyası milliləşdirilmiş və "Rəqs" bütün digər impressionistləlrə birgə Sankt-peterburqa Ermitajın kolleksiyasına verilmişdir. 1930-cu ildə amerikalı kolleksiyaçı Albert Barns Matissə mövzunun sonraki inkişafını tapdığı indi "Paris rəqsi" adlanan (Müasir İncəsənət Muzeyi, Paris) iri həcmli "Rəqs" (1932) pannosu sifariş edir.. Rəsmin kompozisiyası və fiqurların forması U. Bleykin "Oberon, Titaniya və Bakın pərilərlə rəqsi" (1786) suluboya işini xatırladır Rəsmin sujetini Matiss kolliurda gördüyü xalq oyunlarından götürmüşdür."Rəqsin" digər versiyası Yunan vaza rəssamlığı və Sergey Dyaqilevin Parisdəki Rus mövsümlərinin təəssüratı altında yaranmışdır.
Şahzadələr (Manisa)
Şahzadələr (türk. Şehzadeler) — Türkiyənin Manisa ilinin bir ilçəsidir. Bura 12 noyabr 2012-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən 6360 saylı qanun ilə Manisa mərkəz mahalının ikiyə bölünməsi nəticəsində ilçə olmuşdur. İlçənin qərbində və şimalında Yunusemre, şərqində Saruhanlı, cənub-şərqində Turgutlu ilçələri, cənubunda isə İzmir ili yerləşir. 67 məhəllədən ibarət olan ilçənin sahəsi 515 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 171,138 nəfərdir.
Adana mantısı
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.