MANTİLYA
MANTO
OBASTAN VİKİ
Yerin alt mantiyası
Yerin alt man­tiyası – (rus. нижняя мантия Земли, ing. lower mantle of the Earth) mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, Yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.
Yerin mantiyası
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi. Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır.Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln. atm-ə yaxındır.

Значение слова в других словарях

бо́же гильде́йский гриппова́ть забало́ванный изму́слиться малоголо́вчатый пре́данность растомля́ть Робинзо́н Кру́зо ухажёристый хлорофи́льный кевла́р лунати́ческий национа́л отве́тный под рябь чинш Alastor cruising range land bank maltster probability distribution апеллянт проталина