Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Blue Marble
The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur. Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır. Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir. Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu. Fotoşəklin NASA-da rəsmi seriyası — AS17–148–22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.
Marlea
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Robert Marfeld
Robert Marfeld — rusiyalı memar, İmperator Sənət Akademiyasının akademiki, həqiqi dövlət müşaviri. Tikinti iqtisadiyyatı, qanunvericilik və kilsə tikintisi üzrə mütəxəssis. Robert Marfeld 1852-ci ildə alman əsilli dənizçi həkimin ailəsində anadan olub. Kronştadt gimnaziyasını bitirdikdən sonra 1871-1873-cü illərdə Sankt Peterburq Universitetinin hüquq fakultəsinə təhsil alıb. Sonradan təhsilini Karlsruedə yerləşən Politexnikumda və Vyanada yerləşən Tikinti Akademiyasında davam etdirib. Avropada təhsil aldıqdan sonra Peterburqa geri qayıdıb 1880-ci ildə İmperator Rəssamlıq Akademiyasının memarlıq kurslarına daxil olur. 1883-cü ildə buranı vaxtından əvvəl fərqlənmə ilə bitirib. İlk dəfə çertyojçəkən kimi fəaliyyət göstərməyə başlayan o, 1884-cü ildə Peterburqun məşhur "Krestı" həbsxanasının tikintisində memar köməkçisi kimi fəaliyyət göstərir. 1894-cü ildən Rəssamlıq Akademiyasının nəzdnində olan Yüksək Rəssamlıq Məktəbində, 1900-cü illərdən isə Mülki Mühəndislər İnstitutunda dərs deməyə başlayıb. 1883-cü ildən Rusiya Daxili İşlər Nazirliyinin Texniki-tikinti komitəsinin əməkdaşı, 1901-ci ildən üzvü olub.
Cenna Marbls
Cenna Marbls (ing. Jenna Marbles) (doğum adı: Cenna Mauri)-amerikalı youtuberdir. Uzun müddət YouTube-də ən tanınan ulduzlardan biri olmuşdur. Youtube kanalında 14 mln. izləyicisi olduğu üçün Youtube-nin ən populyar qız videoblogeri sayılırdı.O, YouTube ulduzu kimi, bir gənc milliyyətçi qadın olmağına dair komik videolar çəkirdi. Youtube kanalından qazandığı gəlir ildə 350.000 dollar təşkil edirdi. == Təhsili və karyerası == Marbls Roçesterdə(New-york ştatında yerləşir)anadan olmuş və böyümüşdür.O, elə oradaca məktəbini bitirmişdi.Bundan sonra o, Boston-a köçdü və orada Suffolk universitetində(eng.Suffolk university) oxumağa başladı.Suffolk-da o,psixologiya sahəsindən elm bakalavrı aldı.Sonra,Boston universitetini bitirən Jenna,İdman psixologiyası və məsləhətləşmə üzrə Magistr dərəcəsi aldı. O, öz karyerasına BarStool Sports ilə başlasa da,bəzən Youtuba, video çəkirdi və bu videolarından biri, "İnsanları necə inandırmaq olar ki, siz yaxşı görünürsünüz" onu Youtubda məşhurlaşdırdı.Video 1 həftə ərzində 5,3 mln izləmə yığdıBundan sonra o, reqular olaraq Youtube-yə videolar çəkməyə başladı və kanalını təkmilləşdirdi. Youtube-dən başqa,Marbls həm də,həm də,kiçik rollar alırdı.Məs:"Epic Rap Battles Of History" (Tarixin epik rep döyüşləri) şousunun 2-ci sezonunun 13-cü bölməsində (Adəm Həvvaya qarşı)Həvva rolunu oynayırdı.O,həmçinin bəzi multfilm personajlarını səsləndirirdi.Məsələn,"Annoying orange" (Bezdirən portağal) multfilminin "yalançı bekon" seriasındakı bananı səsləndirmişdi. === Youtube kanalı haqqında === Əsl adı Jenna Mourey olmasına baxmayaraq,Kanalının adını Jenna Marbles qoyan Jenna soyadının əvəzinə itlərdən birinin adını qoyub.Bunun səbəbi isə, anasının onda youtube kanalının olduğunu bilməsini istəməməsi idi.Lakin,məhşurlaşandan sonra anası onda kanal olduğunu bildi.7 noyabr 2022 tarixinə əsasən 19,8 milyon abunəçisi,1.770.000.000 toplam baxış sayı var.Buna baxmayaraq,Jenna hələ də videolar çəkməyə davam edir və populyarlığını itirmir.Onun videoları hər çərşənbə axşamı və ya çərşənbə çıxır.
Marlea begoniifolia
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Marlen Ditrix
Marlen Ditrix (alm. Marlene Dietrich‎; 27 dekabr 1901, Almaniya İmperiyası — 6 may 1992, Paris, Fransa) — ABŞ və Almaniya aktrisası və müğənnisi, seks simvol. == Həyatı == 1901-ci il dekabrın 27-də alman hərbi aristokrat fon Loşun ailəsində anadan olan Mariya Maqdalena fon Loş yüksək səviyyədə təhsil almışdı: fransız və ingilis dillərini əla bilir, ədəbiyyatı, xüsusilə Höte və Rilkeni sevir, fəlsəfəylə maraqlanır, idmanla məşğul olur, royalda gözəl ifa edir və peşəkar skripkaçı olmaq istəyirdi. Veymerdəki pansion-internatın müəllimləri düşünürdülər ki, qızın böyük istedadı var. Amma sol qolunda vətərdə cjiddi problemlər Mariyanın həyatını dəyişdi. Berlinin mərkəzində iri zərgərlik dükanının sahibəsi olan anası Cozefina Falsinq qızını gözəl tərbiyə edirdi. O, qızına həyatın zərbələrinə sinə gərməyi, istənilən işə qarşı sevgini, hisslərini idarə etməyi öyrədirdi. "Marlen" səhnə adını Mariya Maqdalena 13 yaşında fikirləşdi və iki adını birləşdirdi. "Qədim qıfılları açan açar" mənasında olan Ditrix təxəllüsünü teatr məktəbini bitirəndən sonra götürdü. == Karyerası == Əvvəl Marlenə teatrda kiçik rollar tapşırılırdı.
Marlen Morreys
Marlen Morreys (21 dekabr 1976, Şerdinq[d], Yuxarı Avstriya[d]) — avstriyalı aktrisa. == Filmoqrafiyası == 2002: Running Out of Cool 2009: The Greims 2010: Hungry Henrieta 2011: Stags 2012: One Bedroom 2012: Schafkopf – A bissel was geht immer 2012: Wer’s glaubt, wird selig 2012: Kommissarin Lucas – Die sieben Gesichter der Furcht 2012: Der Alte – Die Zeugin 2012–2013: Schlawiner 2013: Wer hat Angst vorm weißen Mann? 2013: Polizeiruf 110: Kinderparadies 2014: Meine Mutter, meine Männer 2014: Die Frau aus dem Moor 2014: Die Rosenheim-Cops – a call centre under suspicion 2015: Ein Sommer in Masuren 2015: Komm schon! 2015–2020: Schwarzach 23 2015: Schwarzach 23 und die Hand des Todes 2016: Schwarzach 23 und die Jagd nach dem Mordsfinger 2018: Schwarzach 23 und der Schädel des Saatans 2020: Schwarzach 23 und das mörderische Ich 2016: Unser Traum von Kanada: Sowas wie Familie 2016: Der mit dem Schlag 2015: Mein Schwiegervater, der Stinkstiefel 2016: Heiter bis tödlich: München 7 2016: Liebe bis in den Mord – an Alpine thriller 2016: Polizeiruf 110: Sumpfgebiete 2016: Inspektor Jury spielt Katz und Maus 2016: Der mit dem Schlag 2016: Hubert und Staller 2017: Der Bergdoktor 2017: Jella jagt das Glück 2017: Wenn Frauen ausziehen 2017: Tatort: Die Liebe, ein seltsames Spiel 2018: Matula – Der Schatten des Berges 2018: Wackersdorf 2018: Die Chefin – a village beauty 2018: Labaule & Erben 2019: Curling for Eisenstadt 2020: Lang lebe die Königin 2020: Pohlmann und die Zeit der Wünsche 2020: Kinder und andere Baustellen 2021: An seiner Seite 2021: Danish crime story: Rauhnächte 2022: Nachricht von Mama == İstinadlar == == Xarici keçidlər == nm1365318 — IMDb səhifəsi Marlene Morreis at Crew United.
Marlen Əsgərov
Marlen Əsgər oğlu Əsgərov (17 noyabr 1936 – 16 sentyabr 2018) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sabiq vitse-prezidenti (2005–2018). == Həyatı == Marlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olmuşdur. 3 övladı var. 16 sentyabr 2018-ci ildə vəfat etmişdir. == Təhsili == 1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnmişdir. == Əmək fəaliyyəti == 1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlamışdır. 1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 2005-ci ilin sentyabr ayından ömrünün sonunadək "Azərenerji" ASC-nin vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Marilər
Marilər — Fin-uqor xalqlarından biri, Rusiya Federasiyasının subyekti Mari El Respublikasının yerli əhalisi, əsasən Rusiyada yaşayırlar.