Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marionet
Marionet — oyunçu tərəfindən saplarla idarə olunan bəndli kukla. Saplar kuklanın ayrı-ayrı bəndlərinə bağlanır. Əvvəllər belə kuklalar ağacdan hazırlanırdı. Onun başı cökə ağacından hazırlanırdı, çünki bu hissədə daha incə səth strukturuna ehtiyac vardı. Hal-hazırda mövzudan asılı olaraq müxtəlif materiallardan istifadə olunur: bərk və yumşaq köpük, lateks, kağız və ya ağac qarışığı və s. Əl kuklaları ilə müqayisədə burada fiqur bütöv təsvir oluna və hərəkət etdirilə bilir. Bundan əlavə oyunçu tam gizli şəkildə kuklanı idarə etmək imkanına malikdir. Belə ki, tamaşaçılar üçün yalnız hərəkətdə olan fiqur görünür. Bu XIX əsrdə yeni bir teatr üslubunun yaranmasına gətirib çıxarmışdır. Moda, teatr səhnəsi və operanın çox vaxt marionet səhnəsində nümayişi yayılmışdır.
Marionet corab
Marionet corab — corabdan və ya başqa bənzər geyim əşyasından hazırlanmış marionet kukla. Kuklaçı corabı əlcək kimi əlinə keçirir və marionetin ağzı corabın dabanı ilə barmaqları arasındakı hissədən yaranır. Barmaqlar olan hissə ağzı əmələ gətirir və bəzən həmin hissəyə ortasına yapışqanla dil yapışdırılmış bərk keçə material bərkidilir. Corab o qədər dartılır ki, kuklaçının bilək və qolunu əhatə etmək üçün kifayət qədər uzansın. Adətən kuklaçı bir kürsünün arxasında gizlənir və əlini yuxarı qaldırır ki, üstdə yalnız kukla görünsün. Həmçinin, kuklaçılar açıq şəkildə marionetləri ilə göz önündə dayanıb marionetlər arasında söhbətləri dodaqlarını tərpətmədən (ventrologiya) yerinə yetirə bilər. == Kompozisiya == Marionet corab istənilən corabdan hazırlana bilər. Ancaq çox istifadə olunmuş corablar səhnədə dağıla bilər. Buna görə yeni corablar daha çox istifadə olunur. Coraba çox vaxt bir xarakter uydurub, ona görə göz və ağız qoyulur.
Filippo Tommaso Marinetti
Filippo Tomasso Marinetti (22 dekabr 1876 - 2 dekabr 1944) — italyan şair, ədəbiyyatda futurizm cərəyanının banisi. Marinetti keçmişi xatırladan hər şeyi, muzeylər və kitabxanalar da daxil olmaqla, məhv etməyin tərəfdarı olan, inqilabçı bir sənəd olan Futurist Manifestini hazırladı. Manifest, 20 fevral 1909-cu ildə Fransız qəzeti Le Fiqaroda dərc olundu. Marinettiyə görə, "sənət şiddət, zülm və ədalətsizlikdən başqa bir şey deyil"."İşləmə, zövq və üsyanla coşan kütlənin mahnısı oxunmalıdır". Marinetti , Faşizm tərəfdarı idi və İtalyan Faşist partiyasının ilk üzvlərindən biri idi. == Uşaqlıq və yetkinlik dövrü == Emilio Angelo Carlo Marinetti (bəzi sənədlər adını "Filippo Açille Emilio Marinetti" kimi verir) həyatının ilk illərini, atası (Enrico Marinetti) və anası (Amaliya Grolli) birlikdə daha yaşadığı Misirin İsgəndəriyyə şəhərində keçirdi. evlidirsə). Enrico Piedmont'dan bir vəkil idi və anası Milandan gələn bir ədəbiyyat professorunun qızı idi. 1865-ci ildə Khedive Isma'il Paşanın dəvəti ilə Misirə, onun modernləşdirmə proqramında iştirak edən xarici şirkətlərə hüquqi məsləhətçi kimi gəlmək üçün gəlmişdilər. Onun ədəbiyyata olan sevgisi məktəb illərində inkişaf etmişdir.
Bakı Marionet Teatrı
Bakı Marionet Teatrı — Bakıda fəaliyyət göstərən marionet teatrı. == Teatrın tarixi == 1980-ci illərin ortalarında gənc rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq ideyasını həyata keçirməyə başladı. Teatr 1988-ci il aprelin 20-də rəsmən təsis olunaraq Azərbaycan Teatr Xadimləri İttifaqı nəzdində fəaliyyət göstərməyə başladı. Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının marionet quruluşu oldu. Onun premyerası 1990-cı ildə Fransada baş tutdu. Fransa mətbuatı coşqunluqla yazırdı: "Marionetlər hər şeyə qadirdir!", "Ləzzətin daha iki axşamı!". Odur ki, və tamaşaçıların istəyini nəzərə alaraq, "Arşın mal alan"ın əlavə nümayişləri keçirildi… 1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirildi, 2013-cü ildən isə "İçərişəhər" Baş İdarəsinin strukturuna daxil edildi. Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini "Leyli və Məcnun" tamaşasının quruluşuna yönəldə bilmişdi, 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi. Teatrın məramı Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. Teatrın bədii rəhbəri Tərlan Qorçudur.