Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Markoman müharibələri
Markoman müharibələri (lat. bellum Germanicum et Sarmaticum "German və Sarmat müharibəsi") — Roma imperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ilindən 180-ci ilinə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır. Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır. Germanlara və sarmatlara qarşı mübarizə Roma imperatoru Mark Avreli hakimiyyətinin əsas mübarizələrindən biri idi, o, məhz onlara qarşı yürüşləri zamanı “Özümə”(yun. Τὰ εἰς ἑαυτόν) adlı fəlsəfi əsərini yazmağa başlayıb. == Arxa plan == Hakimiyyətə yüksəldikdən uzun illər sonra belə Roma imperatoru Antonin Piy İtaliyanı heç vaxt tərk etmədi; o, əhəmiyyətli fəthlərə başlamasa belə, əyalət legatlarına öz legionlarına tam komandanlıq etməyə icazə verdi. Tarixçi Adrian Goldsvors, Piyin hakimiyyəti dövründə təcavüzkar hərbi əməliyyatlar etməməsini, Parfiya ərazinə olan iddiaları ilə bağlayır. Parfiya ilə Roma arasında nəticələnən müharibə eramızın 161-ci ildən 166-cı ilə qədər davam etdi (Mark Avreli və Lusi Ver birgə hakimiyyəti altında.
Markoman müharibəsi

Sarkoma
Sarkoma (ing. sarcoma) – BT-nın bədxassəli şişi.
Mkrtıç Markosyan
Mkrtıç Markosyan (23 dekabr 1938, Diyarbəkir – 2 aprel 2022, Türkiyə) — erməni əsilli Türkiyə yazıçısı. Mkrtıç Marqosyan Diyarbakırın Hançepek məhəlləsində anadan olub, əsərləri kürd dilində yayımlanıb. Bələdiyyə Məclisi Sur rayonunun Hasırlı məhəlləsində Dirəkçi küçəsinə erməni yazıçı Mkrtıç Marqosyanın adının verilməsi ilə bağlı qərar qəbul edib.
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Markian sütunu
Markian sütunu (yun. Στήλη του Μαρκιανού) və ya Qızdaşı (türk. Kıztaşı) — Konstantinopolda şəhər prefekti Tatian (450–452) tərəfindən ucaldılmış və imperator Markiana (450–57) həsr olunmuş Roma fəxri sütunu. İstanbulun indiki Fateh səmtində yerləşir. Sütun heç bir son Roma və ya Bizans mənbəsində sənədləşdirilməmişdir, onun tarixi yerləşdiyi yerdən, üslubundan və ithaf yazısından nəticə çıxarılmışdır.
Aroman dili
Aromun dili (yun. Κουτσοβλάχικη γλώσσα ή Βλάχικη γλώσσα) — Hind-Avropa dillərinin Roman qrupuna aid olan dildir. Aromun dili Cənub-şərq Avropada yaşayan aromunların danışdığı dilidir. Bu dilin rumın dili ilə kök və dil tərkibinin ortaq olmasına baxmayaraq rumın dili slavyan dillərindən və aromun dili yunan dilindən təsir alıblar və bir-birindən dəyişiliblər. == Nümunə == Aroman dilində bir dua Tatã a nostru cai eshci pi tser, s-ayisascã numa a Ta, s-yinã Amirãrilja a Ta, s-facã vreare-a Ta, cum pi tserlu, ashi sh-pisti loc. Pãne-a nostrã atsea di cathi dzuã dã-nã-u sh-azã shi ljartã-nã amãrtiile-a noastre ashi cum lji-ljirtãm sh-a amãrtoshlor a noshci. Shi nu nã-du la pirazmo, ala aveaglji-nã di atsel arãulu. Cã a Ta easte Amirãrilja shi puteare a Tatãlui shi Hiljlui shi a Ayului Spirit, torã, totãna shi tu eta-a etilor. Amen.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
II Karloman (Fransa kralı)
II Karloman (lat. Carlomannus, fr. Carloman; 866 – 6 dekabr 884 və ya 12 dekabr 884, Le-Andeli[d] və ya Lion) — 879–884-cü illərdə Qərbi Frank krallığının hökmdarı. O, 882-ci ilə qədər qardaşı III Lüdoviklə birgə hökmdar olmuş, Burqundiya və Akvitaniyanı idarə etmişdir. Karolinqlər sülaləsindəndir. II Kəkələyən Lüdovik və Burqundiyalı Ansqardanın oğlu olmuşdur. Kəkələyən Lüdovikin ölümündən sonra bəzi frank zadəganları III Lüdovikin yeganə kral seçilməsini müdafiə etmişdilər, lakin nəticədə hər iki qardaş padşah elan olunmuşdur. Onların hər ikisi 879-cu ilin sentyabrında taclandırılmışdılar. Buna baxmayaraq, onların qanuniliyinə bəzi şübhələr yaranmışdı, lakin həmin ilin noyabrında vikinqlər üzərində qələbələrindən sonra bu şübhələr yox olmuşdular. 880-ci ilin martında qardaşlar atalarının səltənətini bölmüşdülər.