Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danqaralı (Urmiya)
Danqaralı (fars. دانقرالو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (62 ailə).
Evklides (Meqaralı)
Meqaralı Evklides (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur. Evklides zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi. == Fəlsəfəsi == Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır.
Masqaran (Vərziqan)
Masqaran (fars. مسقران‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (203 ailə).
Balaəli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baləli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Təzəkənd-i Masqaran (Əhər)
Təzəkənd-i Masqaran (fars. تازه كندمسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (75 ailə).
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
EQMA mağarası
EQMA (türk. Peynirlikönü Düdeni) — Türkiyənin Mersin ilində yerləşən, dərinliyinə görə ölkənin ən dərin mağarası. Dünyada isə dərinliyinə görə 2014-cü ilin statistikasına görə 16-cı yerdədir. == Ümumi məlumat == Mağara Mersinin Anamur ilçəsində, Çukurpınar yayalası ilə Peynirlik yaylasının kəsişmə hissəsində yerləşir. Dərinliyi 1429 m, uzunluğu 3118 m, girişin hündürlüyü 1900 metr yüksəklikdə yerləşir. İlk 100 metrdən sonra mağara tədricən daralır və çox hissəsi 1 metr genişliyində olan qalerilərdən ibarətdir. Mağaranın girişi çox dar olub, topraq üzərində sürünərək gediləsi bir şəkildədəir. Bir az genişləndikdən sonra yarım metrə qədər daralan mağara 20 metrlik dik enişə qədər belə davam edir. 65 metr dərinlikdə olan Gözəllik salonu yeri mağaranın diqqət çəkən yerlərindən biridir. 232 metrdə "Sahte Huzur" adlı yerdən sonra mağara genişlənir.
Evripid mağarası
Evripid mağarası (yun. Σπήλαιου του Ευριπίδη) — Yunanıstanın Salamis adasının cənubundakı Peristeria kəndi yaxınlığındakı mağara. Evripid mağarası Saronic Körfəzinə baxan bir təpənin kənarında yerləşən on kiçik otağı ilə 47 metr dərinliyində dar bir mağardır. Bu yer qədim zamanlardan bəri məşhurlaşmışdır, dramaturq Evripidin faciələrini yazdığı yer olması ehtimalına görəı mağaranın adı onun şərəfinə adlandırılmışdır. Qədim müəlliflər Filochor və Satir Evripidi cəmiyyətdən çəkinən, bir mağarada gizlənən bir misantrop kimi təsvir etdilər. İkinci əsr Roma müəllifi Aulus Gellius Afinaya gəldiyi zaman "pis və qaranlıq mağaranı" ziyarət etdiyini iddia etdirdi. == Arxeologiya == Qazıntılar 1990-cı illərdə Yunanıstan Mədəniyyət Nazirliyinin Paleoantropologiya şöbəsi ilə əməkdaşlıq edərək Yannin Universitetinin (Epirus) tarixçi arxeologiya dosenti Yannos Q. Lososun rəhbərliyi altında aparılmışdır. Tapıntılar Neolit dövrünə və ondan sonrakı dövrlərə aiddir. Bunlara daş alətlər və ox başlıqları daxildir. Miken dəfnləri, eramızdan əvvəl V əsrə aid qara şirdən hazırlanan çardaq keramikası, Roma dövrünün sikkələri və saxsı heykəlciklər; eləcə də Frank dövründən olan zərgərlik əşyaları aşkarlanmışdır.
Fingal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Finqal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Fukui mağarası
Fukui mağarası (福井洞窟, Fukui dokutsu) – Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır. == Kəşfi == Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır. == Tapıntılar == 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir. 3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir.
Gilindire mağarası
Gilindire mağarası (türk. Gilindire Mağarası) və ya Aynalıgöl mağarası ― Türkiyənin cənubunda, Mersin ilinin Aydıncık ilçəsində mağara. 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Gilindire 1965-ci ilə qədər Aydıncık şəhərinin keçmiş adı olmuşdur. == Yer == Gilindire mağarası Aydıncık ilçəsindəki Sancak nöqtəsi və Kurtini krikindən təxminən 7.5 kilometr (4.7 mil) cənub-şərqdə yerləşir. Mağaranın girişi Aralıq dənizinə baxır və mağaranın qarşısında kiçik bir kənd var. == Təsvir == Gilindire mağarasısının sahəsi 107 hektardır. Mağaranın girişi dəniz səviyyəsindən 46 metr (151 ft) yüksəkdə yerləşir. Mağaranın ümumi uzunluğu 555 metr (1,821 ft), genişliyi isə 22 metr (72 ft)-dir. Mağarada bir sıra stalaqmit və stallaktiklər var.
Hadiqaib mağarası
Hadiqaib mağarası — Şərur rayonunda Hadiqaib yaşayış yeri yaxınlığında, Axuraçayın sol sahilində, sıldırım qayaların yanında arxeoloji abidə. Uzunluğu 10 m-dən artıq, hündürlüyü 2, bəzi yerlərdə 3 m-ə çatır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Triasın əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş yüksəkliyin yamacındadır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq hissəsində yerləşir. Ağız hissədən 2 m içəriyə doğru qazılmış yerdə iti uclu obsidian (dəvəgözü) qəlpələri səpələnmişdir. Mağarada arxeoloji tədqiqat işi aparılmamışdır. Əldə olunan silah nümunəsinə əsasən mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir.
Karain mağarası
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur. 1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kinderle mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Krubera mağarası
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Kudaro mağarası
Kudaro mağarası. == Haqqında == Kudaro mağara düşərgələri Böyük Qafqaz dağları ərazisində Cənubi Osetiyanın Cav rayonunda, Adcori çayının sol sahilində yerləşir. Mağara dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Kudaro I mağarasının çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. Abidənin ilk təbəqəsi Aşel dövrünə aiddir. Abidənin V-VI təbəqələrindən Aşel dövrünə aid olan maddi mədəniyyət nümunələri tapılmışdır. Düşərgənin əmək alətləri kobud əl çapacaqları və qaşovlardan ibarətdir. Kudaro III mağara düşərgəsi Kudaro I düşərgəsinin yaxınlığında olub, 7 mədəni təbəqədən ibarətdir. Abidənin II təbəqəsi mezolit, III-IV təbəqəsi Mustye, V-VI təbəqəsi isə Aşel dövrünə aid edilmişdir. Abidədə 1955-1990-cı illər arasında V.P.Lyubinin rəhbərliyi ilə qazıntı işləri aparılmışdır.
Kumistavi mağarası
Prometey mağarası (gürc. პრომეთეს მღვიმე), həmçinin Kumistavi mağarası (gürc. ყუმისთავის მღვიმე), Çxaltub mağarası və ya Çxaltub-Qliana mağarası (gürc. ღლიანის მღვიმე) — Gürcüstanın qərbində, Çxaltubo şəhəri yaxınlığında karst mağarası. Təbiət abidəsi. III dərəcəli kateqoriyaya aiddir (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi) Mağaranın ümumi uzunluğu 11 km olsa da ziyarətə ancaq 1060 metri açıqdır. == Tarixi == Mağara ilk dəfə olaraq 1983-cü ilin 15 iyununda Vaxuşi Baqrationi adına Coğrafiya institinun ekspedisiyası tərəfindən kəşf olunmuş. Ancaq mağara girişi çoxdan yerli əhaliyə məlum idi. 1985-ci ildə mağara daxilində xüsusi quraşdırma işləri aparılmış 1989-cu ildə mağaraya xüsusi marşrut tətbiq olunmuş, 150 metrlik tunel qurulmuş, işıqlandırma həyata keçirilmiş və bir neçə yer altı tikili inşa edilmiş. 1990-cı ildə mağaraya marşrutun tətbiqi layihəsi dayandırılmış.
Kungur mağarası
Kungur buz mağarası — Sibirin və Uralın ən görməli məkanlarından biri. Buz dağla birlikdə regionun tarixi-təbii kompleksini formalaşdırır. SSRİ zamanından ölkə əhəmiyyətli ərazi hesab olunurdu. Mağara Perm diyarında, Sılva çayının sağ sahilində yerləşir. Mağara Kunqur şəhərinin yaxınlığında, Fillippovka kəndinin ərazisində aiddir. Perm şəhərindən mağaranı 100 km-lik məsafə ayırır. Unikal geoloji abidə Rusiyanın Avropa hissəsində yerləşən ən böyük karst mağaralarından biri hesab olunur. Uzunluğuna görə isə dünyada ən uzun yeddinci gips mənşəli mağaradır. 5700 metr uzunluğa malik mağaranın ancaq 1500 metri turistlər üçün əl çatandır. Mağaranın mərkəzində havanın temperaturu +5 °C −2 °C arasında dəyişir.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Laskou mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Mahmud Qaşqarlı
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.
Maki mağarası
Maki mağarası (yap. 満奇洞) — Yaponiyanın Okayama prefekturasının Niimi şəhərinin şərqində yerləşən mağara. Bu bölgədə yerləşən 3 əhəndaşı mağarasından biridir. Uzunluğu 450 metr təşkil edir, ən uzaq qurtaracağında kiçik yeraltı göl yerləşir. == Haqqında == Maki mağarası qədim mağaradır. Mağaradakı yeraltı kanal kiçik sürətlə axır. Burada əhəndaşı formaları və şəlalər görmək mümkündür. Burada yerləşən obyektlərin maraqlı adları var: "Şeytanın yaşayan otağı", "Niaqara şəlalələri", "Terraslı çəltik zəmiləri". Mağarada çoxlu sayda stalaktit var. Mağaradakı kiçik gölün üzərindən qırmızı rəngli təbii körpü keçir.
Maqura mağarası
Maqura — Bolqarıstannın Vidin vilayəti ərazisində, Rabışa kəndi yaxınlığında, Vidin şəhərinin ərazi vahidliyində yerləşir. == Tarixi == Mağara hələ qədim zamanlardan məşhur olmuşdur. Belə ki, Roma imperiyası dövründə və orta əsrlərdə mağara tətqiq olunmuşdur. == Xüsusiyyətləri == Mağaranın ümumi uzunluğu 3 kilometrə yaxındır. Mağara uzun və geniş dəhlizlərə sahibdir. Dəhlizlərlə sona qədər getmək məqsədilə insana 5 saat lazım gəlir. Maqura özünün stalaktit, stalaqmit və stalaqnatları ilə məşhurdur. Ən böyük stalaqnat (və ya stalaqnot) 20 m hündürlük və 4 m enə malikdir. Ən böyük stalaqmit isə 11 m uzunluq və 6 m diamtrə malikdir. İl boyu mağarada temperatur sabit olaraq qalır.