Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", 1954, Moskva – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti(en). Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür. Ölümünün əsl səbəbi və vaxtı 2002-ci ilə qədər açıqlanmadı.
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Mayak
Mayak ya da Dəniz fənəri — gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlarında inşa olunan hündür mərtəbəli tikiliyə verilən addır. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Maykl
Maykl — ad.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Mayya
Mayya sivilizasiyası
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Ali Maykl
Aleksandra Nikol Maykl (15 may 1990, ing. Alexandra Nicole Michael) — Amerikalı model. == Həyatı == Ali Maykl Texas ştatının Kollivill şəhərində böyüyüb. Onun karyerası 2005-ci ildə 15 yaşında Fashion!Dallas/Kim Dauson Model Axtarışı müsabiqəsində qalib olduqdan sonra başladı. 2008-ci ilin mayında Qreypvayn Liseyini bitirdi və qısa müddət sonra modellik karyerasını davam etdirmək üçün Nyu-Yorka köçdü. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin fevral ayında Moda Həftəsindən kənarlaşdırıldıqdan sonra Maykl, Today-ə çıxdı və bulimiya nervoza və anoreksiya nervoza ilə apardığı mübarizəsindən danışdı .
Corc Maykl
Yorgos Kiriakos Panayotu (25 iyun 1963[…] – 25 dekabr 2016[…]) və ya məşhurlaşdığı adı ilə Corc Maykl — iki Qremmi mükafatı sahibi yunan əsilli məşhur ingilis müğənnisi, vokalist və bəstəkar. Corc Maykl musiqi tarixindəki ən uğurlu müğənnilərdən biri hesab olunur.
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Danila Manka
Danila Manka (18 may 1970) — İtaliyalı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Danila Manka dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Habib Mayqa
Habib Diqbo Q'nampa Mayqa (1 yanvar 1996) — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. === Arsenal Tula === 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maaka doqquzdonu
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.
Maska (informatika)
Maska(ing.mask, ru.маска)- Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT).Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. == Ümumi məlumat == Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. === Vrelo mağarası === Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Maykl Adams
Maykl Adams (ing. Micheal Adams) (1971-ci il 17 noyabrda doğulub) Britaniyali qrosmeysterdir (1989). Onun ən yaxşı göstəricisi 2000 və 2002-ci illərdə müxtəlif vaxtlarda dünya reytinqində 4-cü yerə qədər yüksəlməsi olmuşdur. ən yüksək Elo reytinq xalı 2761-dir. O, Dünya Şahmat Çempionatı yarışlarında yaxşı nəticələr əldə etmişdir. Belə ki, 1997, 1999 və 2000-ci illərdə yarım-finala qədər yüksəlmiş, 2004-cü ildə FİDE Çempionatinda finala qədər yüksələrək yekunda Rüstəm Qasımcanova tay-breyk oyunlarında məğlub olmuşdur. == Kariyerasinin Başlanğıcı == Adams 17 noyabr 1971-ci ilde Truro,Cornvoll, Birləşmiş Krallıqda dünyaya gəlmişdir. 1980-ci ilə qədər artıq onun istedadı Britaniya Şahmat Federasiyası tərəfindən kəşf olunmuşdu və o, yerli şahmat çempionatının qalibi olan Maykl Prettejohn ilə yanaşı, keçmiş Avropa Gənclər Şahmat çempionu olan Shaun Taulbutdan yüksək səviyyəli dərslər almışdır. 1981-ci ildə 9 yaşlı Adams həmyaşıdları arasında keçirilən çempionata qatılır və qalib gəlir. Həmin ildə o, 13 yaşa, 15 yaşa və 18 yaşa qədər olanlar arasında keçirilmiş çempionatların da qalibi olur.
Maykl Ammar
Maykl Ammar (ing. Michael Ammar; 25 iyun 1956) — sehrbaz. == Haqqında == 1956-ci ilcə Qərbi Virciniyada, Loqanda dünyaya gəlmişdir. Dünyanın ən məşhur sehrbazlarından biridir.