Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Eagles
Eagles — 1971-ci ildə ABŞ-nin Los-Anceles şəhərində yaranmış rok-qrupu. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş yeddi sinql, 6 Qremmi mükafatı, 5 "Amerikan Musiqi mükafatı" qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxmışdır. Qrupunun buraxdığı "Hotel California" albomu Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən böyük 500 albomu" siyahısında 37-ci, 2004-cü ildəki "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısında isə 75-ci yeri tutmuşdur. Eagles qrupu 1971-ci ildə Los-Anceles şəhərində Qlenn Frey, Don Hendli, Berni Ledon və Rendi Maysner tərəfindən əsası qoyulmuşdur. Həmin il qrup Asylum Records səsyazma şirkəti ilə ilk müqaviləsini imzaladı. 1972-ci ilin fevralında İngiltərədə ilk debüt albomu , qrupun adı ilə eyni olan "Eagles"-ı satışa çıxardılar. Albomun ilk sinqlı "Take It Easy" ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paradı "Billboard Hot 100"-da 12-ci pilləyə kimi yüksəldi. 1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırıldı və üzvlər solo karyera qurmağa başladılar. 1994-cü ilin aprel ayında qrup yenidən birləşəndən sonra solist Frey canlı konsert zamanı demişdir: "Qrup dağılmamışdır, sadəcə olacaq 14 illik fasilə etdik." Eagles (1972) Desperado (1973) On the Border (1974) One of These Nights (1975) Hotel California (1976) The Long Run]] (1979) Hell Freezes Over (1994) The Long Road Out Of Eden (2007) Eagles Live (1980) Hell Freezes Over (1994) Their Greatest Hits (1971–1975) (1976) The Eagles Greatest Hits, Vol.
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
The Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
The Beatles (albom)
The Beatles (White Album) — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ononcu studiya albomu, ikiqat boşqab.
With The Beatles
With The Beatles — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ikinci studiya albomu.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Mişleş (Zaqatala)
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir. 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.