Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. == Tarixi == Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Eagles
Eagles — 1971-ci ildə ABŞ-nin Los-Anceles şəhərində yaranmış rok-qrupu. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş yeddi sinql, 6 Qremmi mükafatı, 5 "Amerikan Musiqi mükafatı" qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxmışdır. Qrupunun buraxdığı "Hotel California" albomu Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən böyük 500 albomu" siyahısında 37-ci, 2004-cü ildəki "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısında isə 75-ci yeri tutmuşdur. == Tarixi == Eagles qrupu 1971-ci ildə Los-Anceles şəhərində Qlenn Frey, Don Hendli, Berni Ledon və Rendi Maysner tərəfindən əsası qoyulmuşdur. Həmin il qrup Asylum Records səsyazma şirkəti ilə ilk müqaviləsini imzaladı. 1972-ci ilin fevralında İngiltərədə ilk debüt albomu , qrupun adı ilə eyni olan "Eagles"-ı satışa çıxardılar. Albomun ilk sinqlı "Take It Easy" ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paradı "Billboard Hot 100"-da 12-ci pilləyə kimi yüksəldi. == Fasilə illəri (1980–1994) == 1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırıldı və üzvlər solo karyera qurmağa başladılar. == Yenidən birləşmə == 1994-cü ilin aprel ayında qrup yenidən birləşəndən sonra solist Frey canlı konsert zamanı demişdir: "Qrup dağılmamışdır, sadəcə olacaq 14 illik fasilə etdik." == Statistika cədvəli == == Diskoqrafiya == === Studiya albomları === Eagles (1972) Desperado (1973) On the Border (1974) One of These Nights (1975) Hotel California (1976) The Long Run]] (1979) Hell Freezes Over (1994) The Long Road Out Of Eden (2007) === Konsert albomları === Eagles Live (1980) Hell Freezes Over (1994) === Seçmələr === Their Greatest Hits (1971–1975) (1976) The Eagles Greatest Hits, Vol.
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
The Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. == Tarixi == Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
The Beatles (albom)
The Beatles (White Album) — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ononcu studiya albomu, ikiqat boşqab.
With The Beatles
With The Beatles — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ikinci studiya albomu.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Mişleş (Zaqatala)
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. == Tarixi == 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir. == Əhalisi == 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.