MƏSLƏK

is. [ ər. ]
1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal.
Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! A.Şaiq.

2. Etiqad, məzhəb, inam.
[Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz. H.Cavid.

□ Məslək(imiz) haqqı – andiçmə məqamında işlədilir.
[Musanın nəvəsi] artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi. Qantəmir.
[Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. M.İbrahimov.

// köhn. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xəttihərəkət, istiqamət.
3. İstək, arzu, dilək mənasında.
Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim. S.Rüstəm.

Синонимы

  • MƏSLƏK məslək bax 1. əqidə 1; 2. məfkurə
  • MƏSLƏK ideya — inam — əqidə — etiqad
  • MƏSLƏK etiqad — məzhəb — inam
MƏSLƏHƏTLİ
MƏSLƏKBAZ

Значение слова в других словарях

ко́зочка осли́ха сообразова́ть уго́дливость шёрстность шмато́к миграцио́нный наступи́ть па́дуб сала́зки убира́ть basket case canal caramel frame-by-frame jitterbug lavabo panelling prairie oyster sprouting onion strapless достаться зевок просватать пшеница