Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Enno Littmann
Enno Littmann (alm. Ludwig Richard Enno Littmann‎; 16 sentyabr 1875 – 4 may 1858) — Almaniya dilçisi və şərqşünası. == Həyatı == Enno Littmann 16 sentyabr 1875-ci ildə Şimali Almanyanın Oldenburq şəhərində doğuldu. Atasının yabançı dillərə ilgi duyan və evində dillə ilgili müxtəlif kitablar saxlayan bir mətbəəçi olmasının da təsiriylə hələ lisey şagirdi ikən Yunanca, Latınca, Fransızca, İngiliscə, İtalyanca, İspanca və Ortaşərq dillərinin əsaslarını öyrəndi; ayrıca yay tətillərində getdiyi qohumlarının yanında Şimali Almancası ilə fasih Almanca arasındakı fərqliliklər üzərinə çalışdı. 1895–1898-ci illərdə Berlin, Greifswald, Halle və Strasburq universitetlərində dilçilik oxudu; ən önəmli müəllimləri Sami dilləri və əruz mütəxəssisi Franz Praetorius, ilahiyatçı və tarixçi Emil Kautsch, tarixçi Eduard Meyer, Germanist Otto Bremer və Həbəş dilləri mütəxəssisi Avqust Dilmanndır. 1898-ci ildə İbranicə və din dərsləri müəllimliyilə Almanca, Latınca və İngiliscə tələbə yardımçılığı imtahanlarını qazanan Littmann, bir neça ay sonra Həbəşistanın Tigre dilində feillər üzərinə hazırladığı dissertasiya ilə dilçilik doktoru oldu və Strasburq Universitetində Teodor Nöldeke ilə birlikdə çalışmağa başladı. 1899–1900-cü illərdə Amerika Princeton Universitetinin Orta Şərqə hazırladığı arkeoloji bir araşdırma gəzintisinə qatıldı. 1901-ci ildə bu universitetinin Şərq dilləri bölümünə müəllim təyin edildi və 1906-cı ilə qədər vəzifəsini sürdürdü; bu arada 1904–1905-ci illərdə ikinci dəfa Suriya və Fələstinə bir araşdırma gəzintisi etdi. 1906-cı ildə Strasburq Universitetində Nöldekedən boşalan Şərqşünaslıq Mərkəzinin müdirliyinə gətirildi və 1951-ci ildə buradan əməkliyə ayrıldı. Uzun akademik həyatı boyunca Göttingen, Bonn və Tübingen universitetlərində qısa müddətlərlə müəllim olaraq çalışdı; konfranslar vermək və Qahirə Akademiyasının toplantılarına qatılmak üzrə sıx-sıx Misirə getdi.
Vomel Brendi Mento
Stiven Mənn
Stiven Mənn — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Bennu
Bennu — Bu, Misir mifologiyasında Günəş Tanrısı Ra-nın ruhuna sahib olduğu deyilən qarğabənzər bir quşdur. Həmçinin, bu mifologiyaya görə, Bennu Ra məbədi ətrafında müqəddəs bir ağacın alovundan formalaşmışdır. Bennu nəsli kəsilib. Bennus insanlardan daha böyükdür. Başqa bir inanca görə, Bennu Osirisin ürəyindəki çatdan çıxdı. Bennu boz, mavi, bənövşəyi və ya ağ hərarət kimi təsvir edilmişdir. == Rollar == Misir mifologiyasına görə, Bennu dünyanın yaradılmasında rol oynadığı deyilən, özünü yaradan bir varlıq idi. Onun ba Ra olduğu və Atumun yaradıcılıq fəaliyyətinə töhfə verdiyi deyilirdi.Deyirdilər ki, tanrı yaradılışdan əvvəl mövcud olan Nun suları üzərində uçaraq qayaya enərək yaradılışın mahiyyətini təyin edən bir çağırış verir. O, həm də yenidən doğuşun simvolu idi və buna görə də Osirislə əlaqələndirilirdi. Bennuların bəzi titulları "Özü Yaradan" "Yubileylərin Rəbbi" idi; sonuncu epitet Bennunun günəş kimi vaxtaşırı yeniləndiyi inancına istinad edirdi.
Benqo
Benqo əyaləti (port. Bengo) — Anqolanın 18 rəhbərlik bölgəsindən biridir. Ölkənin şimalında yerləşir. İdarə mərkəzi Caxito şəhəri olan əyalətin sahəsi 41,000 km², 2006-ci ilin təxmini əhalisi 460,508 nəfərdir. == Əyalətin bələdiyyələri == Benqo Əyaləti, öz içində 5 bələdiyyəyə ( municípios ) ayrılırlar. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir : == Komunləri == Benqo Əyalətinin 5 bələdiyyəsi olan bölmələr (comunas) aşağıda göstərilmişdir: Ambre Barra do Dandi Bela Vista Bom Jesus Bula-Atumba Calomboloca Catete Caxito Dembo Chio Gombe qəbir Kage Kanacassala Kazua Kiaje Kibaxe Kicunzo Kikabo Kixico Kixinje Mabubas Mumbondo Muxiluando Muxima Pango-Aluquem Paredes Piri São José das MATAS Təbii Ucua Zala == İstinadlar == == Xarici keçidlər == www.info - angola.ao Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Angola Statistics: Bengo Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Kendo
Kendo – Yaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.). Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu. Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür. Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır. == Məqsədi == Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır.
Kenqo
Kenqo — Yaponiya adı. Kenqo Kavamata — Yaponiya futbolçusu. Kenqo Nakamura — Yaponiya futbolçusu.
Kenzo
Kenzo — Yaponiya adı. Kenzo Tanqe — Yaponiyalı memar. Kenzo Ohaşi — keçmiş Yaponiya futbolçusu. Kenzo Yokoyama — keçmiş Yaponiya futbolçusu.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Mannı
Mannı, manna və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur. Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Manyo
Manyö (fr. Magnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.
Elis Manro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Glochidion manono
Glochidion manono (lat. Glochidion manono) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diasperus manono (Baill. ex Müll.Arg.) Kuntze Phyllanthus manono (Baill. ex Müll.Arg.) Müll.Arg.
Kenni Ci
Kennet Brüs Qorlik (ing. Kenneth Bruce Gorelick; doğ. 5 iyun 1956), daha çox səhnə adı Кенни Ci (ing. Kenny G), ləqəbi ilə amerikalı saksafonçu. Onun 1986-cı ildə yayımlanan Duotones albomu ona dünya şöhrəti gətirmişdir.
Kenni Makkormik
Kenni MakKormik (ing. Kenny McCormick ? McKormick), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj — Mett Ston, Erik Stof, Maykl Cac. == Ailəsi == Kenni MakKormik — 4 baş personajlardan biri. Katolik. Kevin MakKormik — Kenninin qardaşı. Katolik. Stuart MakKormik — Kenninin atası. İşsiz alkaqolik.
Kenni Rocers
Kenneth Ray "Kenny" Rocers (21 avqust 1938[…], Hyuston, Texas, ABŞ – 20 mart 2020[…], Sendi-Sprinqs, Corciya, ABŞ) — ABŞ pop müğənnisi, musiqi yazıçısı və aktyor. == Həyatı == == Fəaliyyəti == 1958-ci ildən bəri musiqi işlərinə davam edir. 1977-ci ildən bəri başda "Qremmi" olmaq üzrə bir çox dəfə musiqi mükafatlarına layiq görülmüşdür. "Grammy" xaricində əldə etdiyi musiqi mükafatlarına nümunə olaraq "Academy of Country Music", "Country Music Association", "American Music" və "Cmt Music" mükafatları göstərilə bilər. Kenny Rogers günümüzə qədər cəmi 65 albom çıxartmışdır və albomları bu günə qədər 100 milyondan çox satmışdır, bütün zamanların albomları ən çox satan sənətçiləri sıralamasında səkkizinci sırada gəlir.
Kenni Sayef
Kenni Sayef (17 dekabr 1993) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Gent === Gentdə ilk matçına 29 avqust 2014-cü ildə keçirilən Gent-Kortrijk matçının 82-ci dəqiqəsində çıxıb. Matç Kortrijkin 0-1 hesablı qələbəsi ilə başa çatıb.Gentin heyətində ilk dəfə 14 sentyabr 2014-cü ildə keçirilən Gent-Excel Mouskron matçında fərqlənib. Matça 75-ci dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Eyni zamanda matçın 82-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Gentin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 1 iyul 2018-ci ildə Gentdən ayrıldı. === Anderlext === Anderlextin heyətində ilk matçına 21 yanvar 2018-ci ildə keçirilən Genk-Anderlext matçında çıxıb. Matç Anderlextin 0-1 hesablı qələbəsi ilə başa çatıb. Anderlextdə ilk qolunu isə 24 yanvar 2018-ci ildə keçirilən Anderlext-Beveren matçının 83-cü dəqiqəsində vurub.Eyni zamanda matçın 90+3-cü dəqiqəsində də qol vurub.
Bənna
Bənna — tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta. Bənna anlayışı ilk dəfə Qədim Misirdə formalaşmışdır. Bu dövrdə piramida tikintisi ilə məşğul olan bənnalar böyük nüfuza sahib olmuşdular. Bənna — daşyonan ilə yaxın olan, lakin ondan fərqli olan kərpicçi, kərpic tikmək üçün kərpic qoyan usta və tacirdir. Terminlər həmçinin blok divarları və digər hörgü formalarını tikmək üçün bloklardan istifadə edən işçilərə aiddir. İngilis dilində kərpic ustası danışıq dilində “bənna” kimi tanınır . Daş ustası, bina divarlarının tikintisi və digər işlərdə daşların, şlak blokların və kərpiclərin hər hansı bir birləşməsini qoyandır. Kərpic hörgünün bir hissəsidir. Kərpic hörmək hobbi kimi də istifadə edilə bilər. Məsələn, BöyükBritaniyanın keçmiş baş naziri Uinston Çörçill hobbi kimi kərpic hörmə ilə məşğul olurdu.