MƏNFİ

sif. [ ər. ]
1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab.
2. Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə.
// Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə.
[Mahmud:] İki dəfə müayinə nəticəsi mənfi olub, bu dəfə də mənfi olacaq. Çəmənzəminli.
Məlumdur ki, tənqidi realistlərin əsas diqqəti həyatın mənfi cəhətlərində idi. M.İbrahimov.

3. riyaz. Sıfırdan az. Mənfi kəmiyyət (ədəd).
// Sıfırdan aşağı olan hava temperaturunu göstərmək üçün işlədilir. Mənfi ( – ) 3° soyuq.
4. fiz. Elektrikin, hissəcikləri elektronlardan ibarət növünə aid olan. Mənfi elektrik yükü.

Синонимы

  • MƏNFİ pis — yaramaz

Антонимы

  • MƏNFİ MƏNFİ – MÜSBƏT Bəli, mənfi atəşə tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.İbrahimov)
MƏNFƏƏTSİZLİK
MƏNFİLİK
OBASTAN VİKİ
Mənfi ədədlər
Riyaziyyatda, mənfi ədəd sıfırdan kiçik olan həqiqi ədəddir. Mənfi ədədlər əks mənalılığı təmsil edir. Əgər, müsbət sağa hərəkəti göstərirsə, mənfi sola hərəkəti göstərir. Əgər, müsbət dəniz səviyyəsindən yuxarını göstərirsə, mənfi dəniz səviyyəsindən aşağını göstərir. Mənfi ədədlər çox vaxt hansısa zərərin və ya əskikliyin miqdarını göstərmək üçün istifadə olunur. Ödənməli olan bir borc mənfi qazanc olaraq düşünülə bilər, bir kəmiyyətin azalması mənfi artım olaraq düşünülə bilər. Əgər, bir kəmiyyət iki əks mənaya sahib ola bilərsə, onda bu mənaları, yəqin ki təsadüfi olaraq, mənfi və müsbət olaraq ayırmaq olar. Tibbi baxımdan, bir şişlə mübarizədə genişlənmə mənfi daralma olaraq düşünülə bilər. Mənfi ədədlər üçün hesablama qaydalarına əsasən, — (- 3)= 3 çünki əksin əksi ilkin olandır. Mənfi ədəd, adətən, qarşısında " – " işarəsi ilə yazılır.
Relyefin mənfi formaları
== Relyefin mənfi formaları == Relyefin mənfi formaları-qurunun və ya dəniz dibinin orta hipsometrik (və ya batimetrik) səviyyəsindən aşağıda yerləşən, yer səthinin nisbətən çökək sahələrinə (göl çalaları, karst və suffoziya qıfları, dərələr, qrabenlər, sualtı kanyonlar, okean dibi çökəklikləri və.s) deyilir.

Значение слова в других словарях