Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əjdaha meyvəsi
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Fındıqlı)
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Meyvəli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meyvəli knedlik
Meyvəli knedliklər-Çex, Avstriya və Polşa mətbəxində rast gəlinən yeməkdir.Knedliklər tvaroqlu, kartoflu və drojılı xəmirdən hazırlanır. İçlik kimi çox vaxt meyvə və giləmeyvələrdən, məs ərik, qaraqarağat, çiyələk və s.ola bilər. Son mərhələsində knedliklər isti suda qaynadılır. Süfrəyə təqdim olunan zaman üzərində tvaroq, şəkər və qaynar yağ əlavə edilir. Bəzən knedliklərin içərisinə qıyma əlavə edilir ki, bu zaman o qıymalı knedliklər adlanır. Çexiyada kəsilmiş knedliklər daha məşhurdur.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Meyvəli-südlü içki
Meyvəli südlü içki — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də şadyanalıq rəmzi olaraq toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Süd −800 ml, şəkərli və ya şəkərsiz alma püresi – 200 q, Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər – 80 q. Süd qaynadılır, soyudulur. Alma püresi daim qarışdırılmaq şərtilə üzərinə süd əlavə edilir, çalınır və soyudulub süfrəyə verilir. Bu içki başqa meyvə- giləmeyvə püresi və şirəsi ilə də hazırlamaq olar.
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Qırmızı meyvəli ardıc
Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır.
Yaşıl meyvəli yemişan
Meyvəlı, Fındıqlı
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.