Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milyonçu Mirxalıq Abdullayevin evi
Milyonçu Mirxalıq Abdullayevin evi- 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib…Sovet hakimiyyətinin ilk illərindən Mirxalıq Abdullayevdən alınaraq 1989-cu ilə kimi Salyan kənd təsərrüfatı texnikumunun binası kimi istifadə olunub. "Milyonçu Mirxalıq Abdullayevin evi". salyan.ucoz.ru. İstifadə tarixi: 18 may 2021.
Mirtalıb Ağazadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ağamalı Kərbəlayi Miralı oğlu
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.
Mirsadıq Əfəndiyev
Mirsadıq Əfəndiyev (1902, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 1942, Krım, Krım MSSR) — Türk İşçi-Kəndli Teatrının direktoru. 1902-ci ildə Aşqabadda anadan olub və 1942-ci ildə Krımda vəfat edib. Mirsadıq Əfəndiyev Türk İşçi-Kəndli Teatrının yaradıcısı və 1929-cu ilə qədər direktoru olub. 1930-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında teatr tarixi və fəlsəfədən dərs deyib.
Mirsalih Bikçurin
Bikçurin(Bekçurin) Mirsalih Mirsalimoviç (16 fevral 1819 və ya 1819, Orenburq – 7 mart 1903, Orenburq) – başqırd pedaqoqu, maarifçi, etnoqraf. 1930–38-ci illərdə Orenburqdakı Neplyuev hərbi məktəbində oxumuş, 1841–78-ci illərdə orada və başqa təhsil ocaqlarında ərəb, fars, başqırd və tatar dillərindən dərs demişdir. "Ərəb, fars və tatar dillərinin öyrənilməsinə dair ibtidai vəsait" (1859, 1869) dərsliyni tərtib etmiş, başqırd dilinin digər dillərlə müqayisədə fonetik və qrammatik quruluşunun sistemli izahını verməyə çalışmışdır. Bu müsəlman təhsil müəssisələrində sxolastik tədris üsullarına qarşı çıxmış, başqırd xalqının müasir elmlərə yiyələnməsini təbliğ etmişdir. Başqırd folkloru nümunələrini ilk toplayanlardan olmuşdur; həmin nümunələri çap etdirməklə başqırd yazılı ədəbiyyatının əsasını qoymuşdur. Rus coğrafiya cəmiyyətinə üzv seçilmiş ilk başqırd olmuşdur. Bikçurin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — IV cild. Bakı, — Səh.: 31.
Mirsadıq Ağazadə
Mirsadıq Xanoğlan oğlu Ağazadə (9 mart 1962, Lənkəran rayonu) — Azərbaycan kino və televiziya rejissoru, ssenarist. Mirsadıq Xanoğlan oğlu Ağazadə 9 mart 1962-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1979-cu ildə orta məktəbi Lənkəranda bitirmiş və həmin il Bakı Mədəni-Maarif Texnikumunun rejissorluq ixtisasına qəbul olunmuşdur. Təhsilarası 1981-1983-cü illər ərzində iki il sovet ordusunda hərbi xidmətdə olmuş, bombardmançı təyyarələr üzrə 1-ci dərəcəli aviamexanik kimi xidməti başa vurmuşdur. Daha sonra təhsili davam etdirmiş və 1985-ci ildə texnikumu bitirmişdir. 1985-1991-ci illər ərzində Lənkəran rayon mədəniyyət şöbəsində metodist vəzifəsində işləyib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində kinorejissorluq ixtisası üzrə təhsil almışdır. Müxtəlif illərdə Azərbaycan Televiziyasında (1994-2000), 215 KL-də (1997), TGRT-də (1997-1999), Lider TV-nin sənədli filmlər departamentində (2001-2004) çalışmış, 2005-2010-cu illərdə Space TV-nin Ekspremental layihələr departamentinin rəhbəri olmuşdur. 2006-2015-ci illərdə İctimai TV-də, 2014-2016-cı illərdə ATV-də, 2015-2023-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirmişdir. Ölkənin müxtəlif televiziya və studiyalarında rejissor və ssenarist kimi işləmişdir.
Mircəlil Qasımlı
Mircəlil Xəqani oğlu Qasımlı (19 mart 1992) — Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == 19 mart 1992-ci ildə anadan olub. "Bakı Məişət Maşınları" ASC-nin sədridir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb. === İctimai-siyasi fəaliyyəti === 1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür. 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən keçirilmiş seçkilərin nəticəsi təsdiqlənmiş və Mircəlil Qasımlı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. == Ailəsi == "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir.
Mirfaiq Sücəddinov
Mirfaiq Miri oğlu Sücəddinov (14 iyun 1947, Kirovabad) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən). Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. 1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir. 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur. 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib. Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
Mirzali Əliyev