Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
İstilaçı növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.