KABUS

is. [ ər. ] Qarabasma.
Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən.

// Kölgə.
Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. B.Vahabzadə.

// Qorxulu yuxu, dəhşətli yuxu.
// Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət.
[Qönçə:] Biri kabus kimi içəri girib qapını qapadı. S.Hüseyn.
İndi də [xan] kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq arasında idi. M.Rzaquluzadə.

Синонимы

  • KABUS KABUS Bir gün bir saat olmur ki, onun ürəyini anlaşılmaz, sanki gözlənilmədən haradansa çıxıb gələrək başının üstünü alacaq bir kabus vahiməsi ilə qor
  • KABUS dəhşətli
  • KABUS qarabasma
  • KABUS qorxulu

Этимология

  • KABUS Ərəbcədir, bizdə onun yerinə qarabasma işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KABRİOLET
KADÉT₂

Значение слова в других словарях