Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artım modelləri
Kainat modelləri
Kainatın infişafının ümumi qanunauyğunları kosmoloji modellərin qurulmasına imkan verir. 0.(Kainat sinqulyar haldadır). Böyük partlayış. 10-43 san.(on üstü 43 oxuyun) sonra. Plank dövrü (erası). Plank anı, bu zaman qravitasiya qarşılıqlı təsiri ayrılır. Bu vaxt Kainatın ölçüsü 10-35 м (on üstü 35) olmuşdu, buna Plank uzunluğu deyilir. 10-37 san. müddəti kainatın infilyasiya genişlənməsi adlanır 10-35 san. (on üstü 35) Böyük birləşmə erası: Güclü və elektrozəif qarşılıqlı təsirlər ayrılır.
Makroiqtisadi modellər
== Məcmu tələb-məcmu təklif modeli == AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
İqtisadi modellər
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. == Birinci model: Dövri axın modeli == İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə - alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqlimdə riyazi modellər
== İqlimdə riyazi modellər == Məlumdur ki, hidrodinamikanın tam tənliklər sistemində tənliklərin bir neçəsi ikitərtibli, törəməli, differensial tənliklər şəklindədir. Bu səbəbdən onların həll sxemlərini işləmək üçün başlanğıc və sərhəd şərtlərinin verilməsi vacib məsələlərdən biridir == Başlanğıc şərtlər == Təhlil olunan meteoroloji elementin hesablama şəbəkəsi adlananmüstəvisinin nöqtələrində başlanğıc qiymətləri verilməlidir. Meteoroloji stansiyaların yer kürəsində qeyri bərabər paylandığını nəzərə alaraq meteoroloji elementlərin paylanmasını mütləq ədədi üsullarla təhlil edilməlidir. == Sərhəd şərtləri-riyazi şərtlər == Sərhəd şərtləri onlara həm də riyazi şərtlər də deyilir. Baxılan ərazinin sərhədlərində differensiallanan tənliklərin həlli zamanı bu şərtlər daxil edilməlidir. Sərhəd şərtlərinin xüsusiyyəti öyrənilən hadisənin və ya prosesin fiziki mahiyyətindən asılıdır. Hidrodinamika tənliklərin havanın və iqlimin proqnozu məsələlərin həlli zamanı sərhəd şərtlərinin qoyuluşuna həm üfüqi həm də şaquli istiqamətlərdə baxılır. Belə ki, hesablamaların əsaslarını üçölçülü sistem olan atmosferdəki proseslərin dəyişgənliyinin qanunauyğunluqlarını təşkil edir. Havanın ədədi proqnozları məsələləri üçün üfiqi istiqamətlərdə sərhəd şərtlərinin verilməsi çox çətin məsələdir. Çünki müəyyən bir ərazi üçün ədədi proqnoz məsələsini həll etmək üçün əvvəlcə bu ərazinin sərhədlərindəki proqnozu bilmək lazımdır.
Atom və molekulyar modellər
Atom və molekulyar modellər — izolə olunmuş atom və molekullarda atom və ya hibrid orbitallarının quruluşundakı xüsusiyyətləri nümayiş etdirmək üçündür. == İstinadlar == == Mənbə == Arnold Gordon, Richard, Ford. The Chemist`s Companion. New York-London-Sydney-Toronto. 1972.
Gözəlləmə
Gözəlləmə – gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşma.Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət və məhəbbət duyğuları tərənnüm olunur. Gözəlləmələr həm dastan daxilində, həm də ayrı müstəqil əsər kimi ifa edilirlər. Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir. Məsələn, Ələsgərin müasiri olduğu, toyda-düyündə, şadlıq məclislərində və s. gördüyü Kəklik, Gülxanım, Maral, Sarıköynək, Ceyran, Səlbi, Bəyistan, Salatın, Tərlan, Yaxşı xanım, Güləndam, Güllü, Gülpəri, Leyli və s. gözəllər haqqında gözəlləmələri var: XVIII əsr aşığı Xəstə Qasımın gözəlləmələrindən bir nümunə: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild.