Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molyar kütlə
Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir. Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur. Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir. Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA. Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur.Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır. == İstinadlar == M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Enrike Kolyar
Enrike Kolyar Monterrubio (isp. Enrique Collar Monterrubio; 2 noyabr 1934) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu. == Karyerası == Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur. 1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular.Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi.Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir.1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu. "Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.Karyerasını "Valensiya" klubunda bitirdi. O, 1955―1963-cü illər arasında İspaniya milli futbol komandası forması ilə 16 oyuna 4 qol vura bilmişdir və 1962 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur.
Ferens Molnar
Ferens Molnar (d. 12.01.1878 - ö. 01.04.1952) - macar yazıçı. == Həyatı == Ferens Molnar 12 yanvar 1878-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuşdur. 1896-cı ildə ədəbi fəaliyyətə başlayıb. "Ac şəhər" hekayələr toplusu 1901-ci ildə çap olunub. 1930-cu illərdə ABŞ-yə mühacirət edib. Ferens Molnar 1 aprel 1952-ci ildə ABŞ-nin Nyu-York ştatında vəfat etmişdir. "Pal küçəsinin oğlanları" povestini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir. == Kitabları == "Ac şəhər" (hekayələr).
Jan-Batist Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
Jan Batist Molyer

Polyar koordinat sistemi
Riyaziyyatda qütb koordinat sistemi və ya polyar koordinat sistemi, nöqtələrin bir bucaq və Karteziyan koordinant sistemindəki koordinat başlanğıcının ekvivalenti olub "qütb" olaraq bilinən bir mərkəz nöqtəyə olan uzaqlıqlar ilə müəyyən, iki ölçülü bir koordinat sistemidir. Qütb koordinat sistemi, riyaziyyat, fizika, mühəndislik, dənizçilik, robot texnologiyası kimi bir çox sahədə istifadə edilər. Bu sistem, iki nöqtə arasındakı əlaqənin bucaq və uzaqlıq ilə daha sadə ifadə edilə bildiyi vəziyyətlər üçün xüsusilə rahatdır. Karteziyan koordinat sistemində, belə bir əlaqə ancaq triqonometrik düsturlar ilə tapıla bilər.
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən ABŞ dolları nəzərdə tutulur.. 1 dollar 100 sentə bərabərdir.
Kolmar
Kolmar (fr. Colmar) – Fransanın şimal-şərqində yerləşən şəhər. Yuxarı Reyn departamentinin mərkəzidir.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmışları === Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Molqay
Molqay (ing. Milngavie; şot.kelt Muileann-Gaidh) — Şotlandiyada şəhər.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Polyak
Polyaklar və ya polşalılar (pol. Polacy; tək: Polak) — Avropada, əsasən Polşada yaşayan, polyak / polşa dilində danışan xalq. Polyak dilində şəxs üçün: " Polak" (kişi) və " Polka" (qadın).
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Yollar
Yollar – Göksel-in 1997-ci ildə çıxardığı 1-ci albomudur. Albomdakı "Sabır" mahnısına klip çəkilmişdir.
Şollar
Şollar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == == Şollar suyu == Tağıyevin maliyyə dəstəyi ilə Vilyam Harleyn Lindleyin mühəndisliyi ilə Bakının içməli suyu Şollardan çəkilmişdir.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Alison Mailyar
Alison Mailyar (d. 5 avqust 1998) — Çilili suya tullanan. Alison Mailyar Çilini 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Alison Mailyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 207.85 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Armand Madyar
Armand Madyar (mac. Magyar Armand; 5 fevral 1898, Budapeşt – 12 fevral 1961, Budapeşt), Armin Munk kimi də tanınır, — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. 1898-ci ildə Budapeştdə doğulmuşdr. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1925-ci ildə Avropa çempionu oldu. Avropa çempionatlarında 1926 və 1927-ci illərdə gümüş medalların sahibi oldu.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir.Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.