Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monitorinq
Dövrlər və sosial idarəetmənin effektivliyi monitorinq keçirilməsini tələb edir. Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır. Monitorinq sabit sosial-mədəni və iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması sisteminin bir hissəsidir. Monitorinq fəaliyyətinin effektivliyi və prosesin, layihənin, proqramın, təşkilatın, dövlətin təhlükəsizliyini təmin edən informativ-analitik funksiyaları yerinə yetirir. · Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı tələbləri təmin etməsi qeyd edilir: — təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi; — qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması; — təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası; — qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi. Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və metodlarını təkmilləşdirmək yolu ilə təhsilin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan, müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bioloji monitorinq
Bioloji monitorinq – antropogen təsirlər nəticəsində bioloji sistemdə baş verən dəyişikliklərin aşkar edilməsinə və qiymətləndirilməsinə xidmət edən informasiya toplama sistemidir. Monitorinqin əsas məqsədi əslində insanların sağlamlığı, heyvanların normal yaşayışı üçün yaranacaq təhlükəli şərait haqqında xəbərdarlığın öncədən edilməsidir.
Ekoloji monitorinq
Ekoloji monitorinq (Ecological monitoring) – biosferin qeyri-üzvi tərkibinin antropogen dəyişikliklərinin ölçülməsi, qiymətləndirilməsi, proqnozu və bu dəyişikliklərə cavab reaksiyaları, eləcə də təsirlərin nəticəsi kimi ekosistem dəyişiklikləri. UNEP-in tərifinə əsasən – biosferin bərpa olunan sərvətlərinin monitorinqi. Ekoloji monitoriq QSMOS-un əsas vəzifələri ilə sıx əlaqədardır. == Ekoloji monitorinq haqqında ümumi bilgilər == Monitorinq ətraf mühitin vəziyyətinin sistemli baxışı və təhlilidir Monitorinq zamanı, ilk olaraq onun çirklənmə dərəcəsinin, eləcə də biosferaya bu kirlənmələrin təsiri, ona edilən fəsadların dərəcəsi bəlliləşdirilir və kirlənmənin nəticəsinin nə olacağı haqqında proqnozlaşma aparılır. Monitorinq zamanı mühitin durumu haqında məlumatların yığımı ilə zaman və məkanda baş verən şirklənmələrin səviyyəsindən bilgilər əldə olunur. Hər bir monitorinq üç pillədən ibarətdir: baxış, olan durumun dəyərləndirilməsi və ola bilən dəyişmələrin proqnozu. Monitorinqin ən başlıca elementi təbii çevrənin durumunun dəyərləndirilməsidir. Bunu edərkən göstəricilərin seçimi, çevrənin obyektlərinin xarakteristikaları və onların dəyişmələri çox önəmlidir. Mühitin durumunu dəyərləndirmək və ola biləcək dəyişikliklərin proqnozunu vermək üçün biosferanın biotik və abiotik sahələrinə baxışların keçirilməsi olmalıdır. Coğrafi baxışların çevrəsi çox genişdir: mikromiqyasda edilən bu, ya da başqa təsirə reaksiyadan tutmuş, qlobal reaksiyalara, atmosferin kirlənməsi haqqında bilgilərə, çevrənin meteroloji və hidroloji xarakteristikalara, bir mühitdən başqa mühitə keçirilən maddələrin miqdarına qədər.
Çirklənmiş torpaqların monitorinq növləri
Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975). Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Suriya İnsan Haqları Monitorinq mərkəzi
Suriya İnsan Haqları Monitorinq mərkəzi (ərəb. المرصد السوري لحقوق الإنسان‎, ing. Syrian Observatory for Human Rights; SOHR) — 2006-cı ilin may ayında qurulan, Suriyada insan haqları pozuntularını sənədləşdirmək məqsədi daşıyan Birləşmiş Krallıq mərkəzli məlumat ofisi. 2011-ci ildən bu yana Suriya Vətəndaş Müharibəsinə diqqət yetirir. Müharibənin başlanğıcından bəri qarşıdurmada hər tərəfdən gündəlik ölüm sayı və Suriyadakı hava hücumlarında ölən mülki vətəndaşlar haqqında böyük xəbər agentlikləri tez-tez sitat gətirirlər. Suriya İnsan Haqları Monitorinq mərkəzi "müxalifət tərəfdarı" və Əsəd əleyhdarı olaraq xarakterizə edilir. Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatçısı haqqında çox şey məlum deyil. Üsamə Süleyman 1971-ci ildə Suriyada anadan olmuşdur. Uşaqlığını sahilyanı Baniyas qəsəbəsində keçirmişdir. Gəncliyindən şiələrə verilən üstünlüklərdən qəzəblənərək Əsəd rejiminə qarşı gizli müxalifətə qoşulmuşdur.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.