Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moruxlu
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb. Moruxlu oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır. İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Orucluq
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Cotoneaster morulus
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Anatoliya moruğu
Buş moruğu
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Komarov moruğu
Saxalin moruğu
Saxalin moruğu (lat. Rubus sachalinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qafqaz moruğu
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. Azərbaycanın nadir bitki növüdür. LC. Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Anadolu moruğu
Anadolu moruğu (lat. Rubus anatolicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan koldur. Budaqları əyilmiş, üstü iynələrlə örtülmüşdür. Yarpaqların kənarları dişli, üstü tünd yaşıl, yumurtavaridir. Çiçəkləri ağ, tünd çəhrayı, çəhrayı-qırmızı rəngli, uzun (15-20 sm), düz süpürgələrdə yerləşir. Meyvələri qara, şarşəkilli, xırda (eni 9-13 mm), yeməlidir. == Ekologiyası == Rütubətə, istiyə davamlıdır. Çay kənarında münbit torpaqlarda yaxşı bitir.