Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moruxlu
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb. == Toponimikası == Moruxlu oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Orucluq
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Cotoneaster morulus
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Anatoliya moruğu
Buş moruğu
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Komarov moruğu
Saxalin moruğu
Saxalin moruğu (lat. Rubus sachalinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qafqaz moruğu
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. == Azərbaycanda yayılması == Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Anadolu moruğu
Anadolu moruğu (lat. Rubus anatolicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan koldur. Budaqları əyilmiş, üstü iynələrlə örtülmüşdür. Yarpaqların kənarları dişli, üstü tünd yaşıl, yumurtavaridir. Çiçəkləri ağ, tünd çəhrayı, çəhrayı-qırmızı rəngli, uzun (15-20 sm), düz süpürgələrdə yerləşir. Meyvələri qara, şarşəkilli, xırda (eni 9-13 mm), yeməlidir. == Ekologiyası == Rütubətə, istiyə davamlıdır. Çay kənarında münbit torpaqlarda yaxşı bitir.