Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Mia Mottli
Mia Amor Mottli (ing. Mia Amor Mottley; 1 oktyabr 1965, Barbados) — barbadoslu siyasətçi və vəkil, Barbadosun hazırkı Baş naziri və Barbados İşçi Partiyasının lideri. Mottli 1994-cü ildən bəri Sent Maykl şimal-şərq bölgəsi üzrə Parlament üzvüdür. 1994–2008-ci illərdə Barbados Baş prokuroru vəzifəsi də daxil olmaqla bir sıra nazir vəzifələrində çalışmış və bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. O, eyni zamanda Amerikalararası Dialoqun da iştirakçısıdır. Mottli öncə 2008–2010, daha sonra 2013–2018-ci illərdə Barbados Məclis Məclisində iki dəfə müxalifət lideri olub. 2018-ci ildə Mottlinin BİP-ı 30 yerlə 24 may ümumi seçkilərində tarixi bir zəfər qazandı. Nümayəndələr Palatasında xalqın səslərinin 72.8%-i alması ilə yanaşı, bunu bacaran ilk partiya oldu və bir partiyanın ümumi seçkilərdə əldə etdiyi ən yüksək paya imza atdı. Mottli ailəsinə çox bağlıdır. Kilsə səviyyəsində əmlak alveri və uğurlu siyasətçi olan Ernest Dayton Mottlinin nəvəsidir.
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Monthly Afternoon
Monthly Afternoon (月刊アフタヌーン, Gekkan Afutanūn) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. "Monthly Aftenoon" Kodanshanın Afternoon xətti jurnallarından biridir. İlk sayı 1986-cı ilin 25 yanvarında çapdan çıxmışdır. Hər say 800 səhifədən ibarət olur və müxtəlif manqakaların əlindən çıxmış 30 manqa seriyasına yer verilir. "Monthly Afternoon" "Oh My Goddess!", "Genshiken", "Blade of the Immortal" və "Big Windup!" kimi tanınmış seynen manqası jurnallarından biridir. Jurnal Kodansha-nın "1day" seriyasının parçasıdır, seriyaya "Morning" və "Evening" jurnalları da aiddir. 2008-ci ilin oktyabrında nəşr olunmuş sayında "good! Afternoon" jurnalının təsis olunduğu bildirilmişdir. 2010-cu ildə jurnal 102.834 tirajla satılsa da, 2015-ci ildə bu rəqəm 75.310-a enmişdir.
Mostar Universiteti
Mostar Universiteti (xorv. Sveučilište u Mostaru, lat. Universitas Studiorum Mostariensis) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır. Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur. Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.
Mostar körpüsü
Mostar körpüsü (bosn. Stari most; türk. Mostar Köprüsü) — Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilən körpüdür. Bu körpü Bosniya müharibəsi zamanı Xorvat hərbi qüvvələri tərəfindən 1993-cü ilin noyabrın 9-da dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlandı. Körpü 23 iyul 2004-cü ildə—yenidən bərpa olunduqdan sonra açıldı. Bu körpü ölkənin ən çox tanınan görməli yerlərindən biri kimi, həmçinin Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır. Neretva çayından 24 metr yüksəklikdə, 30 metr uzunluğunda və 4 metr enində olan Mostar Körpüsü, dövrünə görə inkişaf etmiş bir texnologiyayla inşa edilib. Körpünün tikintisində 456 qəlib daş istifadə edilib. Körpünün tağları tenelija kimi tanınan yerli daşdan tikilib.
Mostar şəhəri
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Mustay Kərim
Mustay Kərim (1919-2005) — Başqırdıstanın xalq şairi. "Gənclik" nəşriyyatının çap etdiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir. Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: "Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən". Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır. Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şeirin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Mosey adası
Mosey adası — Kiçik qumsal ada olub Kiçik Caun boğazında yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Ada 1932 ildə Şərq-qütb ekpedisiyası zamanı (İ. A. Landin) adlandırılmışdır. Moisey Karaev yerli əhali tərəfindən böyük hörmətə malik olmuşdur. Çukotlar onu Masey adlandırırdılar. Yerli əhalinin dilində Yanranot — "Ayrılmış torpaq" adlandırılır.
Mosul (Zaqatala)
Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır. Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq. Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir. Kəndin ərazisi 2302,6 hektardir. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir. Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar, qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar təşkil edir.
Mosul (dəqiqləşdirmə)
Mosul — İraqda şəhər. Mosul (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mosul Atabəyləri
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof.
Mosul muzeyi
Mosul Muzeyi - İraqın Mosul şəhərində yerləşən, ölkənin ikinci ən mühüm muzeyidir. Muzeyin əsası 1952-ci ildə qoyulmuşdur. 2003-cü il İraq müharibəsi zamanı muzey ciddi talana məruz qalmışdır. Müharibədən sonra bərpa edilmiş muzey 2014-cü ildə yenidən açılmış, lakin, 2014-cü ildə Mosulun İraq Şam İslam Dövlətinin nəzarətinə keçməsi ilə muzey də ekstremist-islamçıların əlinə keçmişdir. İslamın dini qaydalarını əsas gətirdiyini iddia edən İŞİD muzeydə saxlanan dəyərli tarixi eksponatları məhv etmişdir. 26 fevral 2015-ci ildə İŞİD dəyərli artefaktların məhv edilməsini əks etdirən video yaymışdır. Directorate-General of Antiquities: Mosul Museum. Government Press, Bagdad 1958. Ministry of Culture & Guidance Directorate-General of Antiquities: Guide book to Mosul Museum. 2.
Mosul mübahisəsi
Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi. Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.
Mosul qəzası
Mosul qəzası (ərəbcə: قضاء الموصل) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın və mühafazanın inzibati mərkəzi Mosul şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.471 km² ərazini əhatə edir. İnzibati cəhətdən altı nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Mosul nahiyyəsi (ərəbcə: قضاء الموصل), Başixa nahiyyəsi (ərəbcə: ناحية بعشيقة), Şura nahiyyəsi (ərəbcə: ناحية الشورة), Hamam əl-Əlil nahiyyəsi (ərəbcə: ناحية حمام العليل), Kiyarra nahiyyəsi (ərəbcə: ناحية القيارة) və Məhəlləbiyə nahiyyəsi (ərəbcə: ناحية المحلبية). 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Mosul qəzasının əhalisi 1.588.428 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Mosul qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 51.13%-ni təşkil edirdi.
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul vilayəti
Mosul vilayəti — Osmanlı İmperiyası tərkibində, 1878–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. Vilayət inzibati cəhətdən 3 sancağa bölünürdü: Mosul sancağı Şəhr-i Zor sancağı Süleymaniyə sancağı Vilayet de Mossoul, page 761–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Mosul şəhəri
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Mosul mühasirəsi
Mosul Mühasirəsi — Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir. Bayram xoca 1375-ci ildə Mosulu mühasirəyə aldı.Bu zaman şəhər Pir baba adlı bir əmir tərəfindən idarə olunurdu.Bayram xocanın yanında Türkmən ordusu ilə yanaşı Qaraqoyunlu tayfa ittifaqına yeni qatılmış kürd əmirlər,Hısn keyfa və Mardin döyüşcüləridə var idi.Bayram xoca Pir babaya bir elçi vasitəsiylə,Pir babanın Mosul müdafiəsini buraxacağı təqdirdə onu Sincata hakim təyin edəcəyini və qızını ona verəcəyini dedi. Müdafiə etməyə gücü qalmayan Pir baba bu təklifi qəbul etdi və Mosul şəhəri fəth edilərək Birdi Xocaya verildi.
Mosla virgata
Salvia plebeia (lat. Salvia plebeia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Electronic Gaming Monthly
Electronic Gaming Monthly (qısa adı: EGM) — "Ziff Davis" müəssisəsi tərəfindən 1989-cü ildə istehsal olunmuş ABŞ jurnalı. 1994-cü ildə jurnalda resenziya ilə bərabər oyunların gizli kodları da nəşr olunmağa başlayır. Jurnal 2006-cı ildə loqotipini dəyişdirmişdir. "Ziff Davis" müəssisəsi bu jurnalı 2009-cu ilə qədər istehsal etmiş, sonradan "EGM" istehsalını dayandırılmışdır. Jurnalda video oyunlar haqqında resenziya göstərilir.
Mostar Duvno yeparxiyası
Mosta Duvno yeparxiyası (bosn. Mostarsko-duvanjska biskupija, lat. Dioecesis Mandetriensis-Dumnensis) — mərkəzi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. Xristianlıq V-VI əsrlərdə müasir Bosniya və Herseqovinanın ərazisində yayılmağa başlandı. Bu dövrdə, Salona (müasir Split) arxiyeparxiyasından asılı olan bir neçə yeparxiya quruldu, o cümlədən qədim Duvno şəhərindəki (müasir Tomislavqrad) yeparxiya. XV əsrin ikinci yarısında Bosniya və Herseqovina türklərin hakimiyyəti altına keçdi və əhalinin kütləvi şəkildə islamlaşdırılması baş verdi. 1663-cü ildə Duvno Yeparxiyası rəsmi olaraq ləğv edildi. Herseqovinada katolik quruluşlar yalnız XIX əsrin ortalarında təzədən yaranmağa başlandılar. 1846-cı ildə Herseqovinanın apostol vikariatı təşkil edildi. Bosniya və Herseqovinanın Avstriya-Macarıstana birləşdirildiyi 1878-ci il Berlin konqresindən sonra ordinar strukturların yaranması üçün fürsət yarandı.
Monthly Comic Alive
Monthly Comic Alive (月刊コミックアライブ, Gekkan Komikku Araibu) — Media Factory tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. İlk sayı 27 iyun 2006-cı ildə çapdan çıxmışdır.
Mötley Crüe
Mötley Crüe ('mɒtliː kruː) — 1981-ci ildə Los-Ancelesdə qurulan Amerikan hevi/glam metal qrupu. 1981-ci ildə bas gitarist Nikki Sixx «London» adındakı qrupundan ayrılmış və Tommy Lee ilə tanış olmuşdur. Mick Mars (gitara) və Vince Neil'in (vokal) qatılmasıyla qrup adını Mötley Crüe olaraq dəqiqləşdirdi. «Too Fast For Love» adlı ilk albomlarını hazırladılar və 1981-ci ilin noyabr ayında bu albomu satışa çıxardılar. Bu albom musiqi bazarını alt-üst etdi. Bu albom sayəsində Guns N’ Roses, Bon Jovi kimi qruplar ortaya çıxacaqdı. 20.000 satan albomdan sonra 1982-ci ilin baharında qrup Elektra Records ilə razılaşdı. Bu firmanın israrıyla ilk albom Roy Tomas Baker prodüserliyində təkrar hazırlanıb nəşr olundu. Qrup Elektra Records ilə 80-ci illərdə bir sıra klassik alboma imza atdı. 1983-cü ildə müzakirələrə gətirib çıxaran, satanik elementlər daşıyan «Shout At The Devil», 1985-ci ildə bir az daha qaranlıq quruluşda və təvazökar bir albom olan «Theatre Of Pain», 1987-ci ildə qrupun əvvəlki albomlarına görə daha çox blues təsirli bir iş olan və bir həftə içində yüksək satış müvəffəqiyyətinə nail olan bir nömrəyə yerləşən «Girls, Girls, Girls», 1989-cu ildə də böyük bir albom olan və qrupun zirvəyə çatmasını təmin edən «Dr.