Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mother Mother
Mother Mother — Kanadada 2005-ci ildə qurulan indi-rok qrupu. Qrupun hazırkı heyətində Rayan Qaldemond (gitara, vokal), Molli Qaldemond (sintezator, vokal), Casmin Parkin (sintezator, vokal), Ali Siadat (baraban) və Mayk Yanq (bas-gitara) yer alır. Uzun müddətdir qrupun bas-gitaraçısı olan Ceremi Peyc 2016-cı ildə ayrıldı.
Motiv
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Ceyms Moriyer
Ceyms Yustinyen Moriyer (1780[…], İzmir, Anadolu əyaləti – 19 mart 1849, Brayton, Şərqi Susseks qraflığı[d]) — İngilis yazıçısı. == Həyatı == O, bir müddət İranda diplomat kimi fəaliyyət göstərmişdir. Yazıçının 1824-cü ildə Londonda nəşr olunan "İsfahanlı Hacıbabanın macərəları" romanı böyük şöhrət qazanmışdır. Məşhur yazıçı Volter Skott C. Y. Moriyeri "ən yaxşı ingilis romançısı" adlandırmışdır. == Xarici keçidlər == The Adventures of Hajji Baba of Ispahan set forth in Eighty Chapters Arxivləşdirilib 2003-02-01 at the Wayback Machine, полный текст. Ayesha, Maid of Kars на Google Books (PDF, ок. 17 МБайт).
Bibliya motivi
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal - hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Ceymi Oliver
Ceyms Trevor "Ceymi" Oliver (ing. James Trevor 'Jamie' Oliver; 27.05.1975, Klavering, Esseks) — ingilis aşpaz, restorator, teleaparıcı, məşhur kulinariya kitablarının müəllifi.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Oliver Birhoff
OliverBirhoff (alm. Oliver Bierhoff‎; 1 may 1968[…], Karlsrue, Baden-Vürtemberq) — Karyerasını bitirmiş Alman futbolçu. Hücumçu mövqeyində çıxış edib. Hal hazırda Almaniya milli komandasının meneceridir. 1996-cı ildə keçirilmiş Avropa çempionatında ulduzu parlayıb. Klub karyerasında daha çox İtaliyanın Udineze və Milan klubundakı çıxışları ilə tanınıb.
Oliver Hart
Oliver Hart (ing. Oliver Simon D'Arcy Hart; 9 oktyabr 1948, London) — amerikan iqtisadçı. 2016-cı ildə Benqt Holmströmlə birlikdə Müqavilə nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatlara görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == İlk illəri == == Təhsili və Karyerası == == Mükafatları == === İqtisadiyyat üzrə Nobel mükafatı === == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Oliver Hart's home page at Harvard Oliver Hart - Facts == Ədəbiyyat siyahısı == === Kitabları === Firms, Contracts, and Financial Structure (Oxford University Press, 1995). === Seçilmiş məqalələri === "On the Optimality of Equilibrium when the Market Structure is Incomplete", Journal of Economic Theory, December 1975, 418–443 "Takeover Bids, the Free-rider problem, and the Theory of the Corporation" (with Sanford J. Grossman), Bell Journal of Economics, Spring 1980, 42–64 "An Analysis of the principal–agent problem" (with Sanford J. Grossman), Econometrica (January 1983) 7–46. "The Market Mechanism as an Incentive Scheme," Bell Journal of Economics, 14 (Autumn 1983) 366-82. "The Costs and Benefits of Ownership: A Theory of Vertical and Lateral Integration" (with Sanford J. Grossman), Journal of Political Economy, August 1986, 691–719. "One Share-One vote and the Market for Corporate Control" (with Sanford J. Grossman), Journal of Financial Economics, 1988 "Incomplete Contracts and Renegotiation" (with John Hardman Moore), Econometrica 56(4) (July 1988). "Property Rights and the Nature of the Firm" (with John Hardman Moore), Journal of Political Economy 98(6) (1990). " A Theory of Debt Based on the Inalienability of Human Capital " (with John Hardman Moore), Quarterly Journal of Economics, November 1994, 841–879 "The Proper Scope of Government: Theory and an Application to Prisons" (with Andrei Shleifer and Robert W. Vishny), Quarterly Journal of Economics 112(4) (1997) 1126–61.
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Oliver Kromvel
Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza). == Bioqrafiya == Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Oliver Ridel
Oliver 'Ollie' Riedel (d. 11 aprel 1971) — Rammstein adlı Alman metal musiqi qrupunun bas gitaristidir. == Həyatı == === İlk illəri === Ridel Almaniyanın Şverin şəhərində anadan olmuşdur. Uşaqlıqda Oliver bacarıqlı bir şagird deyildi. Xüsusilə gənclik illərində çok utancaq idi. Dostları tez-tez parti təşkil etsələr də, Oliver daha çox digərləri ilə vaxt keçirirdi. === Musiqi karyerası === 1990-cı ildə 19 yaşında The Inchtabokatables adlı qrupda bass gitara çalmağa başlayır. 1994-cü ildə Ridel, Till Lindeman, Rixard Kruspe və Kristof Şnayder, Berlin Senate Metro adlı musiqi yarışmasında qalib gəldilər. Mükafat olaraq peşəkar 4 demo musiqi parçası yazmağa haqq qazandılar. Paul Landers və Kristian Lorenz də qrupda qatıldıqdan sonra Rammstein adlı qrup yaradılır.
Oliver Sayks
Oliver Sayks (ing. Oliver Scott Sykes; 20 noyabr 1986, Şeffild, İngiltərə) — Böyük Britaniya musiqiçisi == Həyatı == Oliver Sayks 1986-cı il noyabr ayının 20-də İngiltərənin Ashford bölgəsinin Kent qəsəbəsində anadan olmuşdur. Musiqi kolleci və Musiqi Akademiyasını qırmızı diplomlarla bitirmişdir. 2003-cü ildə peşəkar karyerasına başlamışdır. 2004-cü ildə dostları ilə birlikdə Bring Me the Horizon metal qrupunun əsasını qoymuşdur. Hal-hazırda da həmin qrupun vokalisti olaraq karyerasını davam etdirir. O, Bring Me the Horizon ilə birlikdə çıxartdıqları 4 studiya albomunun hamısında böyük pay sahibidir.
Oliver Sykes

Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. == Həyatı == Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb". Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Oliver Tvist
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Oliver Uilyamson
Oliver Uilyamson (ing. Oliver E. Williamson; 27 sentyabr 1932[…] – 21 may 2020, Berkli, Kaliforniya) — amerikalı iqtisadçı. 2009-cu ildə Elinor Ostromla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Oliver Uilyamson 27 sentyabr 1932-ci ildə ABŞ-nin Viskonsin ştatında anadan olmuşdur. Universitet təhsilini 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda Menecment üzrə almışdır. == Fəaliyyəti == Bazarda və bazar xaricində qərar verməyə, idarə etməyə və xidmət göstərməyə diqqət çəkən Oliver Uilyamson 1980-1990-cı illərdə özəl sektor və ictimai sektorlar arasındakı sərhədlə bağlı araşdırmaçılar arasındakı mübahisələrə çox dəyərli nəzəri töhfələr vermişdir. Oliver Uilyamson bir qərar qəbul etmək üçün informasiya toqquşma təsirləri terminini ilk istifadə edən tədqiqatçı olaraq qəbul edilir. Bu termin ilə Oliver Uilyamson bir qərar qəbul edərkən istənilən və istifadə edilən informasiyanın maliyyə xərclərinin əvvəlcədən müəyyən edilməsinin çətin olduğu halları və bunların vacibliyini açıqlamışdır. == Əsərləri == === Kitablar === Williamson O.E., Markets and Hierarchies : Analysis and Antitrust Implications, Free Press, 1975 Williamson O.E., The Economic Institutions of Capitalism, Free Press, 1985 === Məqalələr === Williamson O.E., "Managerial Discretion and Business Behaviour", American Economic Review, 1963 Williamson O.E., "Hierarchical Control and Optimum Firm Size", Journal of Political Economy, № 75, Cild. 2, 1967 Williamson O.E., "The Modern Corporation : Origins, Evolution, Attributes", Journal of Economic Literature, Cild.
Oliver Vilyamson

Uolter Oliver
Volter Oliver (ing. Walter Reginald Brook Oliver; 7 sentyabr 1883, Lonseston, Tasmaniya – 16 may 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Volter Oliver qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1923: Marine Littoral Plant and Animal Communities in New Zealand 1924: Report of the Sixteenth Meeting of the Australasian Association for the Advancement of Science.
Volter Oliver

Oliver Şeldon
Oliver Şeldon (ing. Oliver Sheldon; 1894 – 1951) — Britaniya sənayeçisi, şəhərsalmaçısı və yazıçısı. O, sənaye dizaynı və menecmenti sahəsində görkəmli bir şəxs olmuş, Britaniya sənaye dizaynı sisteminin inkişafında əsas aktor kimi çıxış etmişdir. Şeldon İngiltərənin York şəhərindəki "Rowntree's" şirkətinin direktoru olmuş, 1920-ci illərdə dövlət və biznes idarəçiliyi prinsipləri haqqında yazmışdır. == Həyatı == Oliver Şeldon 13 iyul 1894-cü ildə anadan olmuşdur. O, Oksfordda Kral Kolleci Məktəbi və Merton-kollecdə təhsil almışdır. Birinci Dünya müharibəsində Kral Mühəndislər Korpusunda zabit kimi xidmət etmiş və adı göndərişlərdə xatırlanmışdır. O, 1919-cu ildə Bencamin Sibom Rauntrinin şəxsi köməkçisi kimi "Rowntree's" şirkətinə qoşulmuşdur. 1931-ci ildə "Rowntree's" şirkətinin Ümumi Direktorlar Şurasına təyin edilmişdir. Burada Şeldon Lindall Urvikin həmkarı idi və Urvik kimi Teylor Cəmiyyətinin fəal üzvü idi.
Tomas Toliver Qoldsmit
Tomas Toliver Qoldsmit (ing. Thomas Toliver Goldsmith; 9 yanvar 1910 - 5 mart 2009) - ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri == Həyatı == Tomas Toliver Qoldsmit 9 yanvar 1910-cu ildə ABŞ-də anadan olmuşdur. == Fəaliyyəti == 1947-ci ildə Goldsmith və Estle Ray Mann tərəfindən verilmiş ABŞ Patenti 2,455,992, dünyanın ilk katot ray tüpü əsaslı oyununu, "Katod-ray tube oyuncaq cihazını" təsvir edir. İkinci Dünya Müharibəsində istifadə edilən radar ekranlarından ilhamlandı. Goldsmith və Mann 1948-ci ildə öz patentini verərək elektronik oyuna ilk patent verdilər. "Katod Ray Tüpü Əyləncəli Qurğu" adlı patent, patentdə, bir oyunçunun bir Ehty A Sketch kimi CRT-nin elektron silahını idarə etdiyi bir oyun təsvir edilir. Oyunu daha çətinləşdirmək üçün onun sxemləri oyunçuya nöqtəni təyin etmək qabiliyyətini dəyişdirə bilər. Bununla birlikdə, avadanlıq xərcləri və müxtəlif şərtlər səbəbiylə, Katod-Ray Tüpü Əyləncəli Qurğu heç bir zaman bazarda sərbəst buraxılmadı. Yalnız əl istehsalı prototiplər kimi yaradılmışdır. == Mükafatı == ABŞ-nin Furman Universitetinin fizika üzrə professoru, televiziya texnikasının pioneri, dünyada ilk kompüter oyunu olan “raket simulyatoru”nun müəlliflərindən biri Tomas Toliver Qoldsmit 1979-cu ildə televiziya sahəsinə verdiyi əhəmiyyətli töhfələrə görə ABŞ Radio Klubunun təsis etdiyi “Allan B. DuMont” mükafatına layiq görülmüşdür.
Mosilər
Mosilər və ya Morlar —Şimali Afrikada xalq. Onlar Mor dilində danışırlar. == Tarix == XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Ümumi məlumat == Özlərini daqari, birifor. nankanse, kusasi, mamprusi və başqa adlarla adlandırırlar. More dilində danışırlar. Dinləri İslamdır. Bir hissəsi xristiandır. Əsasən, əkinçilik, həmçinin heyvandarlıqla məşğul olurlar. == Həmçinin bax == Bambara qəbiləsi == İstinadlar == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh.
Motiv (ədəbiyyat)
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Mother's Milk
Mother's Milk — Red Hot Chili Peppersnın dördüncü studiya albomudur. 16 avqust 1989-ci il tarixində yayımlanan albom EMI etiketi ilə satışa buraxılmışdır.
Oliver! (film, 1968)
Oliver— musiqisi və sözləri Lionel Bart tərəfindən yazılmış eyni adlı səhnə müzikli əsasında Kerol Ridin rejissorluğu ilə 1968-ci ildə çəkilmiş musiqili Britaniya dram filmidir. Ssenari müəllifi Vernon Harrisdir. Həm film və həm də musiqili tamaşanın hər ikisi Çarlz Dikkensin Oliver Tvist romanından ilhamlanaraq yaradılıb. Filmə "Food, Glorious Food", "Consider Yourself", "As Long as He Needs Me", "You've Got to Pick a Pocket or Two" and "Where Is Love?" kimi musiqi nömrələri daxildir. Surreydə Shepperton Kinostudiyasında ekranlaşdırılmış film Romulus Films və Columbia Pictures tərəfindən beynəlxalq miqyasda yayılmışdır. 1969-cu ildə 41-ci Oskar mükafatının təqdim edilməsi zamanı Oliver Oskar mükafatının on bir nominasiyası uğrunda mübarizə aparıb və ən yaxşı filmə görə Oskar mükafatı və ən yaxşı rejissor işinə görə Oskar mükafatı da daxil olmaqla, altı nominasiyada qalib gəlib. 26-cı Qızıl Qlobus mükafatının təqdim edilməsi zamanı Ən yaxşı film-Musiqili və ya Komediya, Ən yaxşı aktyor-Musiqili və ya Komediyaya görə iki Qızıl Qlobus qazanıb.
Aleksandr Motılev
Aleksandr Motılyov (rus. Александр Анатольевич Мотылёв, 17 iyun 1979 Rusiya) Rusiyalı qrosmeyster (2000). == Naliyyətləri == 2001-ci ildə o, Rusiya Çempionu olmaqla Şahmat aləmini təəccübləndirsə də, sonrakı illərdə nümayiş etdirdiyi laqeyd münasibət həm yaxşı, həm də pis nəticələrə gətirib çıxartdı. 2002-ci ildə Moskvada Rusiya Dünyaya qarşı adlı mötəbər turnirə dəvət alan Aleksandr yalnız 6 oyundan 1 xal topladı. 2004-cü ildə o, Tomskda təsnifat turnirində qalib gəldi və Rusiya Superfinalında uğurlu oyun nümayiş etdirdi. 2005-ci ildə 2-ci Sanjin Otel Kubokunda ikinci yeri tutdu (Harikrishnadan sonra) və həmin il yenidən Rusiya Superturnirinə vəsiqə qazandı, bu dəfə Kazanda keçirilən yarışın üçüncüsü oldu. 2006-cı ildə Wijkaan Zeedə keçirilən Corus "B" turnirində birinci yeri Maqnus Karlsenlə bölüşdürdü. 2009-cu ilin iyun ayında Rusiyanın Poikovsky şəhərində keçirilən 10-cu Poikovsky Karpov turnirinin qalibi oldu. 2001-ci il Komandalar arasında Dünya Çempionatının əsas oyunlarında Rusiyanı təmsil edərək, komandasının gümüş medal almasında oz töhfəsini verdi. 2014-cü ildə Avropa Şəxsi Çempionatın qalibi oldu.