Aleksandr Motılev

Aleksandr Motılyov (rus. Александр Анатольевич Мотылёв, 17 iyun 1979 Rusiya) Rusiyalı qrosmeyster (2000).

Aleksandr Motılyov
rus. Александр Анатольевич Мотылёв
Ölkə Rusiya Rusiya
Doğum tarixi (45 yaş)
Doğum yeri Yekaterinburq SSRİ SSRİ
Titulu qrosmeyster
Son reytinqi 2663 (dekabr 2016)
Maksimal reytinqi 2710 (iyul 2009)
FİDE nömrəsi 4121830
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2001-ci ildə o, Rusiya Çempionu olmaqla Şahmat aləmini təəccübləndirsə də, sonrakı illərdə nümayiş etdirdiyi laqeyd münasibət həm yaxşı, həm də pis nəticələrə gətirib çıxartdı.

2002-ci ildə Moskvada Rusiya Dünyaya qarşı adlı mötəbər turnirə dəvət alan Aleksandr yalnız 6 oyundan 1 xal topladı.

2004-cü ildə o, Tomskda təsnifat turnirində qalib gəldi və Rusiya Superfinalında uğurlu oyun nümayiş etdirdi.

2005-ci ildə 2-ci Sanjin Otel Kubokunda ikinci yeri tutdu (Harikrishnadan sonra) və həmin il yenidən Rusiya Superturnirinə vəsiqə qazandı, bu dəfə Kazanda keçirilən yarışın üçüncüsü oldu.

2006-cı ildə Wijkaan Zeedə keçirilən Corus "B" turnirində birinci yeri Maqnus Karlsenlə bölüşdürdü.

2009-cu ilin iyun ayında Rusiyanın Poikovsky şəhərində keçirilən 10-cu Poikovsky Karpov turnirinin qalibi oldu.

2001-ci il Komandalar arasında Dünya Çempionatının əsas oyunlarında Rusiyanı təmsil edərək, komandasının gümüş medal almasında oz töhfəsini verdi.

2014-cü ildə Avropa Şəxsi Çempionatın qalibi oldu. Həmin ilin aprelində keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin B qrupunda ikinci yeri Motılyov, birinci yeri isə Pavel Elyanov tutdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]