Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muavr düsturu
Muavr düsturu — kompleks ədədlər üçün ifadə olunan z = r ( cos ⁡ φ + i sin ⁡ φ ) {\displaystyle z=r(\cos \varphi +i\sin \varphi )\ } düsturu, iddia edir ki, ixtiyari n ∈ Z {\displaystyle n\in \mathbb {Z} } üçün olduqda Muavr düsturu aşağıdakı kimi olur: z n = r n ( cos ⁡ n φ + i sin ⁡ n φ ) {\displaystyle z^{n}=r^{n}(\cos n\varphi +i\sin n\varphi )\ } . Muavr düsturunu Eyler düsturu ilə e i φ = cos ⁡ φ + i sin ⁡ φ {\displaystyle e^{i\varphi }=\cos \varphi +i\sin \varphi \ } ifadə edib və qüvvət əməllərini ( e a ) b = e a b {\displaystyle (e^{a})^{b}=e^{ab}\!} yerini yetirib isbat etmək olar. Burada b — tam ədəddir. Analoji düstur həmçinin kompleks ədədlərin sıfırdan fərqli n-ci köklərinin tapılmasında istifadə olunur: k = 0, 1, …, n—1 olduqda. Bu düstur ilk dəfə XVIII əsrdə yaşamış fransız riyaziyyatçısı Abraham de Muavr tərəfindən kəşf edilmişdir və onun şərəfinə adlandırılmışdır.
Abraham de Muavr
Abraham de Muavr (fr. Abraham de Moivre, 26 may 1667[…] – 27 noyabr 1754[…], London) — fransız əsilli ingilis riyaziyyatçısıdır; kompleks ədədin qüvvətə yüksəldilməsi qaydasını tapmışdır (Muavr düsturu); ehtimal nəzəriyyəsi sahəsində işləmişdir. == Həyatı == Abraham de Muavr 1667-ci ildə Fransanın Vitri-le-Fransua şəhərində anadan olmuşdur. Atası Daniel cərrah idi və övladının gələcəkdə təhsil alması üçün köməyini əsirgəmirdi. Muavr 11 yaşına kimi xristian qardaşlar adlı dini təriqətin Katolik məktəbində təhsil alır. Daniel protestant idi və 1678-ci ildə Muavrın 11 yaşı tamam olanda, onu Sedan şəhərində protestantların təhsil aldığı Sedan Akademiyasına verir. 1682-ci ildə isə katolik kilsəs tərəfindən bu akademiya bağlanılır. 6 il keçdikdən sonra 27 aprel 1688-ci ildə Muavr protestant olduğu üçün ölkəni tərk etməyə məcbur olur. İngiltərənin paytaxtı London şəhərinə köçdükdən sonra ömrünün sonuna kimi burada yaşayır. Muavr bura gələn zaman istedadlı bir riyaziyyatçı kimi tanınır.
Mavr bağacığı
Mavr bağacığı (lat. Eurygaster maura L.) — Həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Mavr bağacığının rəngi dəyişkən olur. O, Ziyankar bağacıqdan ön döşün kənarlarının düz olması ilə fərqlənir. Mavr bağacığının başı ön tərəfdən kütdür. Dilçək skul lövhələri ilə bitişik olmayıb, başın sonuna qədər uzanır. Bədəninin uzunluğu 8–11 mm.-dir. == Yayılması == Mavr bağacığı Azərbaycanın Lənkəran-Astara zonasında, Böyük Qafqazın cənub yamaclarında, Şirvan, Mil və Muğan düzündə yayılmışdır. Bu bağacığa ziyankar bağacıqlara nisbətən az təsadüf olunur. == Həyat tərzi == Aprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır.
Muar çayı
Muar çayı (mal. Sungai Muar) — Malayziyada axan çay. Uzunluğu təxminən 250 km (155 mil) olan Muar, Malay yarımadasında üçüncü ən uzun və ən əhəmiyyətli çaydır. Muar çayı Malay yarımadasının qərbindən şərq sahilinə ən qısa yol olan qədim quru ticarət yolunun bir hissəsi idi. Muar çayının mənşəyi Titivanqsa silsiləsinin dərinliklərində, Negeri Sembilan, Kuala Pila rayonu, Thalanqdan gəlir. Daha sonra çay cənubdan şəhər mərkəzinə və eyni ərazidəki Juasseyə, Jempol bölgəsindəki Bahau və Rompinin qərb tərəfinə və Tampine bölgəsindəki Pasir Besara və Kohor sərhədinə axır. Sonra çayın istiqaməti qərbə doğru dəyişir və Tanqkak və Muar bölgələrindən keçir. Çay Muar şəhərində iki körpü ilə kəsilir. Köhnə körpü olan Sultan İsmayıl körpüsü 1967-ci ildə bərə xidmətini əvəz etmək üçün tikilib. İkinci körpünun tikintisi 2005-ci ildə tamamlanıb.
Mqarr
Mqarr (malta Mġarr) — Maltanın Qozo adasının cənub-şərqində yerləşən bir liman şəhəri. Mqarr şəhəri eyni adlı dayaz limanın ətrafında yerləşir. Malta arasında bərə xidmətləri 1241-ci ildə istismara verilir. Bu vaxta qədər adada balıqçılıq artıq inkişaf etmişdi. Sahil bölgəsi bir neçə əsr ərzində inkişaf etsə də, limanın özü 1841-ci ilə qədər inkişaf etməmişdir. 1841-ci ildə limanı qorumaq üçün ilk dalğaqıran qurulur, daha sonra 1906-cı ilə qədər bu gücləndirilir və genişləndirilir. 1929-1935-ci illərdə daha böyük, 1969-cu ildə daha iki dalğaqıran inşa edilir. Bu tikinti başa çatdıqdan sonra liman sahəsi 121,4 min kvadratmetrə qədər artır. 21-ci əsrin əvvəllərində adada 9,3 milyon avro dəyərində bir gəmi terminalı inşa edilir. İnşaat işləri 2001-ci ildə başlayır və tikinti yeddi il çəkir.
Mukor
Mukor — çürümüş meyvənin, çörəyin və digər ərzaq məhsullarının üzərinə yığılan ağ kif göbələyidir. Bu göbələk çürümüş məhsulların təkibində olan zülallarla qidalanır. O, çürümüş meyvə, çörək və hətta ölmüş heyvanların cəsədinin üzərində olur. Bu göbələk parazit deyil, çünki o meyvələrin çürüyüb gözdən itməsinə (məhv olmasına) kömək edir.Sporları xüsusi strukturlarda-sporangilərdə yaranır Mukor sporlama yolu ilə çoxalır. Göbələyin uc hissəsində kürə formasında olan sporangilər vardır ki, bu da yetişdiyi zaman partlayır və yeni mukorlar əmələ gəlir. Bu proses başlıqların (sporangilərin) qaraldığı zaman baş verir. Mukorun əsas xüsüsiyyəti ondadır ki, o, təkhüceyrəli və çoxnüvəli bir göbələkdir. Mukorlar sırası 360-dan artıq növü cəmləyir. Sıranın ən geniş yayılmış qruplarından biri kif göbələyidir. Əsasən, saprotrof həyat tərzi keçirirlər.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir. Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Quava
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi. Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
Duvr
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Havr
Havr (fr. Le Havre) — Fransanın şimal-qərbində, Yuxarı Normandiya əyalətində yerləşən şəhər. Havr şəhərini Sen çayı ortaya bölür. Havr bölgənin ən böyük şəhəridir. Əhalisi 175.497 nəfərdir. == Adı == "Havre" sözü qədim fransız dilində "qapı" deməkdir. Şəhərin keçmiş adı onu saldıran I Françoisin şərəfinə Françiskopolis olmuşdur. Daha sonra "Le Havre (və ya Le Hable) de Grâce" adını almışdır. Bu ad daha əvvəl burada tikilmiş Notr-Dam-de-Qras kilsəsinə görə verilmişdir. == Haqqında == Havr transatlantika keçişi edən fransız dənizçilərin tez-tez gəldiyi bir liman şəhəri olmuşdur.
Luvr
Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyi. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir. == Muzey == Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir. Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Mayr
Ernst Mayr (ing. Ernst Walter Mayr 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press.
Moav
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Muab
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Kamil Musavi
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı və fəaliyyəti == Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur. 2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır. Evlidir, iki oğlu var. == Təltifləri == "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Metavr döyüşü
Metavr döyüşü — Pun müharibələri gedişində konsullar Qay Klavdi Neron və Mark Livinin 40 minlik romalı qoşunu ilə Hasdrubal Barkinin 30 minlik karfagenli ordusu arasında e.ə 207-ci ilin 24 iyununda Metavr çayının yanında baş verən döyüş. E.ə 216-cı il Kann məğlubiyətindən sonra Roma özünə gələ bildi və yeni legionlar təşkil etdi. Say üstünlüyünə nail olan romalılar Karfagenin və onun Siciliya və İspaniyadakı müttəfiqlərin qoşunlarına bir necə zərbə endirərək, İtaliyanın bir sıra şəhərlərini zəbt etdilər. Hannibal Barkinin İtaliyadakı ordusunun vəziyəti xeyli çətinləşdi. E.ə 208-ci ildə Hannibalın qardaşı Qasdrubal öz ordusu ilə İspaniyadan çıxaraq və Alpları adlayaraq İtaliya ərazisinə, Hannibalın qoşunları ilə birləşmək üçün, daxil oldu. Onun yolunu romalı konsul Livinin ordusu kəsmişdi. Hannibal da öz növbəsində Qasdruballa birləşmək üçün hərəkət etdi. Ona qarşı isə Neronun romalı ordusu fəaliyyət edirdi. Neron Hannibalın ordusunu keşiyini çəkən qoşunlarını saxlayaraq, seçilmiş 6 min piyada və min nəfər süvari döyüşçülər dəstəsi ilə Livinin köməyinə tələsdi. Neronun dəstəsinin yetişməsi ilə Livinin ordusu Qasdrubalın qoşunları üzərində say üstünlüyünə nail oldu.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Nuavə (Sərdəşt)
Nuavə (fars. نواوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 492 nəfər yaşayır (68 ailə).
Suvar Təkin
Seyfəddin Suvar Təkin ibn Ay Təkin Təbəriyə görə, Bağdadın kənarındakı Səmərrada yerləşdirilən xilafət qoşunlarında xəzər əsilli çox döyüşçü vardı. Müktəfinin dövründə xilafət ordusuna Suvar Təkin başçılıq edirdi. Elə onun hakimiyyəti illərində Hələbin əmiri Seyfəddin Suvar Təkin ibn Ay Təkin idi Başqa məlumat əldə etmək mümkün olmadı, ancaq, bu şəxsiyətin dar etnik mənşəyi barədə onun suvar etnonimindən və tigin titulundan yaranan adından ehtimal etmək olar ki, o ya Qafqaz Hun elindən olan sabir olub, ya da İdil xəzəri.
Müxur
Müxur (fars. مخور‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,603 nəfər yaşayır (524 ailə).
Müşavir
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.