Abraham de Muavr

Abraham de Muavr (fr. Abraham de Moivre, 26 may 1667[5][6][…]27 noyabr 1754[5][6][…], London, Böyük Britaniya krallığı[7]) — fransız əsilli ingilis riyaziyyatçısıdır; kompleks ədədin qüvvətə yüksəldilməsi qaydasını tapmışdır (Muavr düsturu); ehtimal nəzəriyyəsi sahəsində işləmişdir[8].

Abraham de Muavr
fr. Abraham de Moivre
Doğum tarixi
Doğum yeri Fransa Fransa, Vitri-le-Fransua
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}, London
Elm sahələri ehtimal nəzəriyyəsi[1], riyaziyyat[1], statistika[1], astronomiya[1]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abraham de Muavr 1667-ci ildə Fransanın Vitri-le-Fransua şəhərində anadan olmuşdur. Atası Daniel cərrah idi və övladının gələcəkdə təhsil alması üçün köməyini əsirgəmirdi. Muavr 11 yaşına kimi xristian qardaşlar adlı dini təriqətin Katolik məktəbində təhsil alır. Daniel protestant idi və 1678-ci ildə Muavrın 11 yaşı tamam olanda, onu Sedan şəhərində protestantların təhsil aldığı Sedan Akademiyasına verir. 1682-ci ildə isə katolik kilsəs tərəfindən bu akademiya bağlanılır. 6 il keçdikdən sonra 27 aprel 1688-ci ildə Muavr protestant olduğu üçün ölkəni tərk etməyə məcbur olur. İngiltərənin paytaxtı London şəhərinə köçdükdən sonra ömrünün sonuna kimi burada yaşayır. Muavr bura gələn zaman istedadlı bir riyaziyyatçı kimi tanınır. Lakin xarici ölkədən gəldiyi üçün yüksək vəzifələrə yüksələ bilmir.

1692-ci ildə ingilis astronomu Edmund Halley ilə tanış olur. Bir müddət keçəndən sonra İsaak Nyutonla görüşür və ona riyazi məsələlərdə kömək edir. 1697-ci ildə İngiltərə Kral Cəmiyyətinin üzvü seçilir. 1722-ci ildə Muavr düsturunu yaradır. Muavr ilk dəfə olaraq Laplas teoreminin hallarını isbat etmişdir. 1735-ci ildə Berlin Akademiyasının, 27 iyun 1754-cü il tarixində isə Paris Akademiyasının üzvü seçilir.

Abraham de Muavr ömrü boyu kasıb tərzi sürmüşdür. Muavr 1754-cü ildə London şəhərində vəfat edir. Astronomiya elmində mühüm tədqiqatlarına görə 11 aprel 2000-ci il tarixində kəşf edilən "28729 Muavr" adlı asteroid onun şərəfinə adlandırılmışdır.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Rəvayətə görə, bir dəfə İsaak Nyutonun yanına riyazi xarakterli çox asan sualları araşdırmaq üçün onun yanına gəlirlər. Bu zaman Nyuton deyir: "Muavrın yanına gedin, o bunu məndən yaxşı ayırd edə bilir"[9].
  • Əfsanəyə görə, Muavr ölüm gününü dəqiq söyləmişdir. O, yuxusunun arifmetik proqressiyasına uyğun olaraq artmasına fikir verir. Yuxusunun 24 saata çatacağını hesablamış və fikrində yanılmamışdır.[10]
  1. 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA6806&pos=1.
  3. 1 2 Les membres du passé dont le nom commence par M // https://www.academie-sciences.fr/en/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-m.html.
  4. 1 2 https://www.bbaw.de/die-akademie/akademie-historische-aspekte/mitglieder-historisch/historisches-mitglied-abraham-de-moivre-1861.
  5. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. 1 2 Abraham Moivre // Brockhauz Ensiklopediyası (alm.).
  7. Муавр Абрахам де // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.609
  9. Isaac Todhunter, History of the Mathematical Theory of Probabılıty from the Time of Pascal to that of Lagrange, 1865, p. 135.
  10. J J O'Connor and E F Robertson. Abraham de Moivre, biography Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine на сайте Mac Tutor. University of St Andrews, Scotland. (ing.)