Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
DNA@Home
DNA@Home - layihədə ehtimal nəzəriyyəsi alqoritmləri istifadə edilərək müxtəlif genlərə cavabdeh DNT molekullarında ardıcılığın axtarılması, polimeraza molekulları istifadə olunmaqla gen transkripsiyası mexanizminin araşdırılması, xıyarcıklı vəba və vərəm xəstəliklərini yaradan DNT bakteriyalarının araşdırılması üçün hesablamalar aparılır. Layihədə 16000-ə yaxın istifadəçi qeydiyyatdan keçmişdir və 60 000-ə yaxın qurğu istifadə olunur.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Harold Holt
Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[…] – 19 dekabr 1967) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri. Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, ​​kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib. 1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Gary Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
J-Hope
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni-mahnı yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Kontakt Home
Kontakt Home — Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri. Şəbəkənin baş direktoru Həsən İsrafilzadədir. 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı "Kontakt Mobile" idi.[mənbə göstərin] 2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı "Kontakt Electronics" adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da "Home" konsepti tamamlanaraq, şəbəkənin adı "Kontakt Home" adına dəyişdirildi.[mənbə göstərin] Şirkət əməkdaşlarının sayı 2500-ə yaxındır. Hazırda 30-dan çox brendin rəsmi distribyuteri olan Kontakt Home-un 41 mağaza və 1 online mağazası müştərilərə xidmət edir. Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri,[mənbə göstərin] Apple brendinin rəsmi satış mərkəzidir.
Oliviya Holt
Oliviya Hastinqs Holt (5 avqust 1997, Cermantaun[d], Tennessi) ABŞ aktrisası və müğənnisidir.
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Höte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Lölə salaməleyküm
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur. Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var. Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası. Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
Elayca Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981, Sidar-Rapids[d], Ayova) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Eliya Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981, Sidar-Rapids[d], Ayova) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Fort Hud
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fud Leklerk
Fud Leklerk (1924 — 20 sentyabr 2010) — Belçika müğənnisi. Belçikanı 4 dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Hud Surəsi
11-ci surə
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tövhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Kris Vud
Kristofer Çarles "Kris" Vud (ing. Christopher Charles Wood; 14 aprel 1988, Dublin[d], Ohayo) — Amerikalı aktyordur. 2014-cü ildə The CW kanalının serialı olan Vampirin Gündəlikləri serialının altıncı mövsümündə oynadığı Malakay "Kay" Parker rolu ilə tanınır. Bundan əvvəl o 2013-cü ildə kanalın Kerrinin Gündəlikləri serialında yazıçı Adam Uaver rolunu ifa etmişdi. O həmçinin 2016-cı ildə Əhatə serialında Atlanta polis zapiti Ceyk Ray rolu ilə baş rolu oynayıb. Eləcədə həmin ildə The CW-nin super qəhrəman serialı olan Super qız serialında Mon-El roluna çəkildi. Kris Ohayo ştatının Dublin şəhərində doğulub. O Şimali Karolinada yerləşən Elon Universitetinə daxil oldu və 2010-cu ildə Musiqi Sənəti Üzrə İncəsənət fakutəsini bakalavr dərəcəsi ilə bitirdi. Kollec vaxtlarında aktyor Qrant Qastin ilə dostdur. Atasını müalicə oluna bilməyən xəstəlikdən itirdikdən sonra kris Amerika Ruhi Sağlıq mərkəzində səfir kimi fəaliyyət göstərməyə başladı.
Le-Muy
Le-Muy — Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azur vilayətində Var departamentində yerləşən kommuna. 1944-cü ilin avqust ayında Cənubi Fransa müttəfiqlərin işğalında azad olunan ilk yerlərdən biri idi.
Lian Vud
Lian Vud (ing. Leanne Wood; 13 dekabr 1971) — Uelsin Pleyd Kamri partiyasının lideri.
Marqarit Mid
Marqarit Mid (16 dekabr 1901[…], Filadelfiya, Pensilvaniya – 15 noyabr 1978[…], Nyu-York, Nyu-York ştatı) ABŞ-lı antropoloq idi. 1960–70-ci illərdə kütləvi informasiya vasitələrində müəllif və aparıcı olmaqla mədəni antropologiya ilə bağlı verilişlər hazırlamışdır. Nyu-Yorkda Bernard Kollecində (Universitetində) bakalavr təhsili almış, magistr və doktorluq dərəcəsini isə Kolumbiya Universitetində almışdır. Marqarit Mid beş uşaqdan birincisi idi. ABŞ-da, Filadelfiyada doğulub. Ancaq Pensilvaniya ştatının Doylstoun şəhəri yaxınlığında böyüyüb. Atası Edvard Şervurd Mid Pensilvaniya Universiteti Varton məktəbində maliyyə professoru idi. Anası Emili Mid isə italyan köçkünləri araşdıran sosioloq idi. Bacısı Katarin (1906–1907) 9 aylığında ölmüşdü. Bu hadisə Mid üçün böyük zərbə olmuşdu.
Süd
Süd — qida məhsulu. Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Black Holes and Revelations
Black Holes and Revelations — İngiltərə rok qrupu Muse-un dördüncü studiya albomu. 3 iyul 2006-cı ildə Warner Bros. Records və Helium-3 tərəfindən buraxılıb. Bütün mahnılar Matt Bellamy tərəfindən yazılmış və bəstələnmişdir.