Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Ulama
Türban tullama
Türban tullama, və ya ammameparani (fars. عمامه‌پرانی‎) — İranda etirazçıların şiə ruhanilərinə nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması. Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, baş geyimini çıxarır və həbs olunmamaq üçün qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur. == Metodologiya == Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı. Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır. Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir.
Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir. Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır. Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir.
Mumla depilyasiya
Mumla depilyasiya arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir. Mum depilyasiyası ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə, birdən qopardılır. Bu üsul tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün folikulu bu vəziyyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasiyentin həssaslığından asılıdır. Mum depilyasiyası ən qədim üsullardan biridir. Baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.