Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muzdurlar
Muzdurlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd. Muzdurlar kəndi Ganca-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq Bir May kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il erməni-müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahasi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə Muzdurlar adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da Muzurlar adlı kənd qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.
Quldurluq
Banditizm və ya quldurluq — cinayət hüququnda dövlətin və cəmiyyətin əsaslarına qarşı ən böyük təhlükə yaradan cinayətlərdən biri. Dövlətlərin çoxunda banditizm ağır cinayət kimi xarakterizə olunur, bəzilərində isə buna yaxın anlayışlar vardır.
Muzdurlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.