Muzdurlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd.[1]
Muzdurlar | |
---|---|
40°42′10″ şm. e. 46°36′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 212 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Muzdurlar kəndi Ganca-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq Bir May kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il erməni-müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahasi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə Muzdurlar adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da Muzurlar adlı kənd qeydə alınmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.[3]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |