Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəvlən
Gəvlən (Salmas-Kürəsinli)
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Niqlan (Miyanə)
Niqlan (fars. نقلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (30 ailə).
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Qlen-Ellen
Qlen-Ellen — ABŞ-nin qərbində, Kaliforniya ştatında çox kiçik bölgə. 2010-cu ildə şəhərin əhalisi 784 nəfər olmuşdur. Bura Cek Londonun dəfn edildiyi yer kimi məşhurlaşıb. 2017-ci ildə Şimali Kaliforniya meşə yanğınları bölgəyə böyük ziyan vurmuşdur.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Gəvlən (Salmas-Zolaçay)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (40 ailə).
Fərid Sədi Mələn
Fərid Sədi Mələn (1906, Van, Van vilayəti – 3 sentyabr 1988, Ankara) — Türkiyəli bürokrat, siyasətçi, Türkiyənin keçmiş Baş naziri. Fərid Mələn 1906-cı ildə Van şəhərində anadan olub. İbtidai və orta təhsilini Vanda alıb. 1928-ci ildə Bursa Erkek Liseyindən məzun olub. Əvvəl İstanbulda yerləşən və adı daha sonra Ankara Universiteti Siyasi Elmlər fakültəsi olan Dövlət Qulluğu Məktəbinə daxil olub. 1931-ci ilin iyulunda məzun olub. 1931-ci il 26 avqustda Bursa Maiyet memurluğunda dövlət qulluğuna daxil olub. 25 oktyabr 1932-ci ildə Maliyyə Müfəttişinin köməkçisi vəzifəsinə təyin edilib. 1 yanvar 1936-cı ildə dördüncü dərəcəli, 14 iyul 1939-cu ildə üçüncü dərəcəli, 26 yanvar 1940-cı ildə ikinci dərəcəli və 28 yanvar 1943-cü ildə birinci dərəcəli müfəttişliyə yüksəlib. 1 may 1940 – 27 noyabr 1941-ci il tarixləri arasında keçən əsgərliyində leytenant olub.
Dizac-i Nəqalə (Urmiya)
Dizac-i Nəqalə (fars. ديزج نقاله‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər. yaşayır (6 ailə).
Bəğlan
Bəğlan vilayəti
Nenlər
Nenlər (nen. ненэй ненэче, хасово, нещанг; köhnə — samoyedlər, юраки;luoravetlan) —Cənubi Sibirdə xalq. == Ümumi məlumat == İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərində yaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər (“nenes”, “iqanasan” “selkup” da adlanırlar) azsaylı millətlərdəndir. Nenlər, və ya Nen xalqı ya da Yuraklar (Rusca yazılışı: Ненцы - Nentsı [çoxluq]) Rusiya Federasiyasında yerli bir xalqdır. 2002 ili siyahıyaalmaya görə Rusiya Federasiyasında 41,302 Nenet yaşamaqdadır. Dilləri Nencədir. Bəzən İngiliscədəki çoxluq takısı olan (s) ilə qarışdırıldıqları üçün Nenet şəklində tələffüz edilməkdədir. Nenləriçlərində Enets xalqı, Selkup və Nganasan xalqının da daxil olduğu Samoyedler qrupu içinə girərlər. İki böyük Nenqrupu vardır: Tundra Nenləri və Meşə Nenləri.
Neogen
Neogen dövrü — Kaynozoy erasının əvvəlindən etibarən ikinci geoloji dövr. Davametmə müddəti təqribən 23 milyon ildir. == Bölgüləri == Miosen Piasenziya Zanklin Pliosen Messin Torton Serravalli Langi Burdiqal Aquitan == Geologiya == Neogen dövrü Alp qırışıqlıq sisteminin formalaşmasının sonu və müasir vəziyyətə yaxın oroqrafiyanın tədricən yaranması dövrüdür. Bu dövrdə ən yüksək dağ silsilələri-Alplar, Balkanlar, Atlas, Apennin, Kiçik Asiya, Krım, Qafqaz, Himalayların formalaşması başa çatır. Eyni zamanda, iri qırışıqlıq vilayətləri Sakit okeanın kənarlarında - Anadır, Kamçatka, Saxalin, Yaponiya, Filippin və Yeni Qvineyada, Kordilyerlərin və And dağlarının sahilyanı hissələrində yaranmışdır. İntensiv dağəmələgəlmə prosesi güclü vulkanik fəaliyyət ilə müşayiət olunmuşdur. Şaquli ehtizazi hərəkətlər nəticəsində bir çox hövzələrin ölçüləri və forması get-gedə dəyişilmiş, onların okeandan təcrid olunması intensivləşmişdir. == Flora və fauna == Neogen dövrü sonunda dağlıq rayonlarda buzlaşmaya səbəb olmuş soyuqlaşma baş vermişdir. Yerüstü fauna və floranın inkişafında böyük dəyişikliklər olmuşdur. Hazırda mövcud olan məməlilərin fəsilələri və bir sıra cinsləri: ayılar, kaftarlar, itlər, mastodontlar, nəhəng pələnglər, gərgədanlar, marallar, kəllər, hipparionlar, gəmiricilər, meymunlar, o cümlədən insanabənzər meymunlar meydana gəlmişdir.
Əngren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. == Məzmun == İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Eqlön
Eqlön (fr.
Negev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Neqev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Yelən
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Kənddən gələn var (film, 1997)
== Məzmun == Film-tamaşa kənddən şəhərə qonaq gələn qadının (Xanım Qafarova) başına gələn məzəli əhvalatlardan bəhs edir.
Qeybdən gələn səs (film, 2002)
== Məzmun == Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Artemisia negrei
Artemisia negrei (lat. Artemisia negrei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Beslen adası
Beslen adası (bolq. остров Беслен, ‘Ostrov Beslen’ \'os-trov 'bes-len\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 90 m, şərq-qərb istiqamətində eni 240 metrdir.Ada Cənub-qərbi Bolqarıstanda yerləşən Beslen şəhərinin adını daşıyır. == Yerləşməsi == Beslen adası 63°13′18″ c. e. 62°10′57″ q. u. koordinatlarında yerləşmişdir. Ada Kape Valleysdən 1.67 km şimal-şərqdə, Prisad adasından isə 840 m şimalda yerləşmişdir.
Bəğlan (şəhər)
Bəğlan (fars. بغلان‎) — Əfqanıstanın Bəğlan vilayətində şəhər. Şimaldan Hindi Quş Dağları ilə əhatə olunub. Əhalisi 120000 nəfərdir. Əsası 1979-cu ildə qoyulub.
Bəğlan vilayəti
Bəğlan vilayəti (dəri بغلان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Sahəsi 21.118 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 818.6 min nəfər, inzibati mərkəzi isə Pul-i Xumri şəhəridir. Əhalisinin 50%-ni taciklər, 20%-ni puştunlar, 15%-ni həzaralar, 12%-ni özbəklər və 1%-ni tatarlar təşkil edir.
Fransua Enqler
Fransua Baron Enqler (6 noyabr, 1932, Brüssel) Nobel mükafatı (2013-cü ildə Piter Hiqqs ilə birlikdə) almış fizikdir. Enqler, Kaliforniyadakı "Çepmen Universiteti"ndə "Kvant İşləri İnstitu"nun da üzvüdür. Statistika fizikası sahəsində bir çox əməkləri vardır. Fransua Enqlerə 2013-cü ildə "Hiqqs Mexanizmi" kəşfinə görə Piter Hiqqslə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Bahardan sonra gələn qış (film, 1989)
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. == Məzmun == Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. == Məzmun == Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. == Nəşrlər == Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Kənddən gələn var. II hissə (film, 1997)
== Məzmun == Film-tamaşanın ikinci hissəsində əsasən kənd yerlərində torpaq alqı-satqısından bəhs edilir.