Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Əzazil
Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Nazil Canibəyov
Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 6 may 2017, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1987), professor (1994), AMEA-nın müxbir üzvü (2007) Nazil Canibəyov 21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Nazil Canibəyov əmək fəaliyyətini 1965-ci ildən Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının Y.Məmmədəliyev adına Neft-Kimya Proses­ləri İnstitutunda mühəndis vəzi­fə­sində başlamışdır. Sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1986-cı ildən 2016-cı ilə kimi AMEA NKPİ-də Polifunk­silonal komp­leksonlar və metalkompleks birləşmələr laboratoriyasının mü­diri, 2012-ci ildən 2017ci ilə kimi isə Neft-kimya sintezi şöbəsinin mü­diri vəzifəsində icra etmişdir. Elmi dərəcəsi: kimya elmləri doktoru (1987); Elmi rütbəsi: professor (1994); Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - neft kimyası; Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası; Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 244; Xaricdə çıxmış elmi əsərlərin sayı: 98; Patentlərin sayı: 20; Müəlliflik şəhadətnamələrinin: 25; Nazil Canibəyov 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazır­lamışdır. Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir. Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir. Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Məryəm Nəvaz Şərif
Maryam NawazW/O Shahid alam(28 oktyabr 1973, Lahor; Şablon:Dil-urdu) — Pakistanlı siyasətçi, keçmiş baş nazir Nəvaz Şərif.Məryəm Şərif əvvəllər ailənin xeyriyyə təşkilatlarında iştirak edirdi. Ancaq 2014-07 ildə siyasətlə maraqlanmağa başladı və 2013-cü il ümmha shahid seçkilərsə rəhbərlil edib. 2014- nazir ch Gənclər Proqramının Sədri təyin edildi. Ancaq Lahor Yüksək Məhkəməsinin də sədri təyin olunmasına dna 2014-cu ildə istefa verdi. 2018-ci ilin iyul ayında Avenfild istinad sənədində korrupsiya ittihamı ilə 2 milyon funt sterlinq cərimə ilə 7 il həbs cəzasına məhkum edildi. Sentyabrın 19-da İslamabad Ali Məhkəməsi onun cəzasını təxirə saldı. Məryəm 28 oktyabr 1973-cü ildə Pakistanın Lahor şəhərində Nəvaz Şərif və Gülsüm Şərifin ailəsində anadan olmuşdur. İlk təhsilini Lahordakı İsa və Məryəm monastırından aldı. Bir həkim olmaq istəyi ilə, 1980-ci illərin sonlarında Kral Eduard Tibb Kollecinə daxil oldu, lakin qeyri-qanuni qəbulla bağlı mübahisədən sonra diplomunu almadan kolleci tərk etməli oldu.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Əzazil: Düyün (film, 2014)
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Fərhad və Şirin (Nəvai)
Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir. Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir. == Məzmunu == Fərhad Çin xaqanının oğludur.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin "eyni adlı" poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Rəvazlı
Rəvazlı — Qaraqoyunlu mahalında kənd. İndiki adı Ditavan. Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. 1967-ci ildə kənd ermənicə Ditavan adlandırılmışdır. Rəvazlı kəndin əsasını qoymuş nəslin adıdır.
Əhməd Zevail
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Anna Nevil
Anna Nevil (ing. Anne Neville; 11 iyun 1456, , Vorvikşir qraflığı – 16 mart 1485, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası. İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu. York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabel Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi. Riçard Plantagenetin 1483-cü ilin iyununda qardaşı oğlunu devirərək hakimiyyəti ələ almasının ardından Anna Nevil də İngiltərə kraliçası oldu. Ancaq 1485-ci ilin martında ərindən 5 ay öncə vəfat etdi.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.
Riçard Nevil (Salisburi qrafı)
Riçard Nevil (ing. Richard Neville; 1400[…], Darem qraflığı[d] – 30 dekabr 1460) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri. 1400-cü ildə Durham bölgəsindəki Rabi qalasında dünyaya gəldi. Atası məşhur Nevil ailəsindən Uestmorland qrafı Ralf Nevil, anası isə Gentli Conun qızı Janna Byufort idi. Atası 2 dəfə evlənmişdi və Riçard onun ikinci evliliyindən doğulan övladlarından idi. Nevil ailəsi Durham qraflığı və Yorkşirdə məskunlaşsalar da, II Riçard və IV Henri dövrlərində Şotlandiya sərhəddində güclənməyə başladılar. Salisburi qrafı Tomas Montegunun qızı və varisi Alis Montegu ilə evləndi. Evlilik tarixi tam bəlli olmasa da, 1421-ci ilin fevralında Valualı Ketrinin tacqoyma mərasiminə xanımıyla qatılması bu tarixdən öncə evləndiyini göstərir. Qaynatasının 1428-ci ildə geridə oğul varis buraxmadan vəfatının ardından Salisburi qraflığı da Riçarda miras qaldı. Şotlandiya sərhəddinin mühafizəsi ilə vəzifələnən Persi ailəsiylə mübarizəni gücləndirdi və nəticədə 1420-ci ildə sərhəddin qərb bölgəsinin idarəsini ələ aldı.
Riçard Nevil (Vorvik qrafı)
Riçard Nevil (ing. Richard Neville; 22 noyabr 1428, Noric – 14 aprel 1471, Barnet borosu, Böyük London regionu[d]) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri. Evlilik yoluyla Vorvik qrafı, dövrün ən zəngin və güclü ingilis əsilzadəsi oldu. Güllər müharibəsinin ilk illərində qohum olduğu York ailəsini dəstəkləsə də, daha sonra Lankasterlərin cəbhəsinə qoşuldu və 2 kralın taxtdan endirilməsinə təsir etdi. İlk başda siyasi mübarizə olaraq başlayan sürtüşmə, atası Salisburi qrafı ilə Yorklu Riçardın döyüş meydanında öldürülməsinin ardından üsyana çevrildi. Bibisi oğlu olan Yorklu Eduardla birləşərək VI Henrini taxtdan endirdi və onu IV Eduard adıyla taxta çıxardı. Bu səbəblə bir çox mənbədə Kral Yaradan (ing. Kingmaker) olaraq adlandırılır. Ancaq xarici siyasət və kralın Yelizaveta Vudvillə olan evliliyi səbəbilə IV Eduardla münasibətləri pisləşdi. Kralın qardaşı Klarens hersoqu Corc Plantageneti taxta çıxarmağı planlaşdırdı ancaq uğursuz bir cəhdin ardından VI Henrini yenidən taxta çıxardı.